Sevilməyi düşünmə, sevməyi öyrən


Bax, ovcumdan süzülən qumda sənin adın var(8)



Yüklə 0,59 Mb.
səhifə40/58
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#32437
1   ...   36   37   38   39   40   41   42   43   ...   58
Bax, ovcumdan süzülən qumda sənin adın var(8).

Göründüyü kimi, bu şeirdəki mənanın ifadəsində, formasındakı fərqi, yeniliyi, duy-maqsa o qədər də çətin deyil... Şairin yaratdığı obraz - “lirik mən” dünyanın bütün rənglərinin, həyatın gerçəkliklərinin fərqindədi, ancaq bu gerçəkliklər ona daha duyğulu şeylər, nəsnələr pıçıldamaqda, anlatmaqdadı... Yalanın, riyanın törətdiyi fəsadları görmək-də, ürək ağrısı ilə dərk etməkdədi... Tənha insanın dili ilə, dənizin dalğalarıyla, ağacların yarpaqlarıyla pıçıldaşması, danışması kimi... Bu şeirlər oxucu qəlbinə bir də ona görə güclü təsir göstərir, yaralayıb keçir ki, misralar saxta təmtəraqdan, dəbdəbəli, mərtəbəli söz və ifadələrdən, bəzək-düzəkdən uzaqdır və əksinə, bu ədəbi nümunələrdəki dərin məna qatları onu düşünməyə vadar edir. Düşünür ki, Ruqiyyə xanım “sən şəraba dolmuş bir sevdasan, həm yaşam, həm ölüm kimi” deyərkən təbii ki, sevgi üzündən yaşanan acılar, dözülməz mənəvi ağrılar və sevinclər, xoşbəxtliklər yada düşür...

Ənənəvi fədakarlıqlar, sevgilinin aşiqi üçün göydən ulduz qoparmaq, dənizi hədiyyə vermək, dünyanı bağışlamaq, yaxud “Sarıköynək” təki bəzi aşıq mahnılarında hətta “anasını sevdiyinə qurban etmək” kimi üsullar da çağdaş Güney poeziyasında dəyişilib, tam yeni forma və ifadə üsulu ilə əvəzlənib... Məlihə Əzizpurun: “Mənə bir küçə bağışla! Gözləri tam dənizə açılan, bir sevdanın xəyalı ilə uyuyan, ürəyi uzaqdan gələn gəmilərin səsi ilə döyünən, yolçuların ayaq səsi ilə oyanan, Mahnıların səsi ilə oynayan bir küçə” arzusuna, diləyinə çevrilib... Elə bir küçə ki, “Gözlərindən, ürəyinə köçə bilim” kimi dəlicə bir istəyə, kövrək və israrlı bir sevgi etirafına dönüb... Sevgilinin gözlərinə köçüb orada ömrü boyunca qalmaq! Bundan orijinal, bundan təsirli sədaqət andı olarmı? Elə bir küçəni hansı aşiq bula biləcək görən?


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin