Sevilməyi düşünmə, sevməyi öyrən



Yüklə 0,59 Mb.
səhifə49/58
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#32437
1   ...   45   46   47   48   49   50   51   52   ...   58
Dramaturgiya. Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq Azərbaycan ədəbiyyatında (təbii ki, o taylı-bu taylı ədəbiyyatımızda) çağdaş Qərb ədəbiyyatı janrlarının-dram, romanhekayənovellapovestpoema (qeyd etməyi gərəkli, həm də çox vacib hesab edirəm ki, poema janrını qədim şumerlər-əski babalarımız yaradıblar. Şumer dastanları nəzmlə yazılıb və dünya şərqşünaslarının bir çoxunun fikrincə, türk xalqlarının əcdadları olmuş qədim şumerlərin qələmə aldığı doqquz (9) poema elmə məlumdur. Bu fikri öz ardıcıl tədqiqatları ilə təsdiqləyən görkəmli şumerşünüs alim Elməddin Əlibəyzadə-dir və o, bu nəticəyə “dünya şumeroloqları - S.N.Kramer, L.Vulli, S.Lloyd, Q.Çarl, Z.Kosidovski, Q.Vinqler, E.Reklü, M.Belitski, D.Reder, A.Cavat”ın (42.s.5) qənaətlərinə əsasən gəlmişdir-E.F.Ş.) və s. oturuşmasına güclü təsir göstərmişdir. Onun 1850-1855-ci illər arasında yaratdığı altı dram əsəri özündən sonra Yaxın və Orta Şərq ədəbiyyatlarında xüsusi bir ədəbi məktəb formalaşdırmışdır. Bütövlükdə Azərbaycan ədəbiyyatını xarakterizə edən dərin etik başlanğıc, humanizm, ədalətsevərlik, səmimiyyət və doğruçuluq, mərhəmət və xeyirxahlıq motivləri Axundzadə yaradıcılığında davam və inkişaf etdirilərək gələcək nəsillərə tövsiyə edilir (43). Bu ənənəni bu gün Güneydə, bildiyimiz qədərincə, Rəsul Yunan davam etdirir. Daha çox şair kimi tanıdığımız Rəsul Yunanın “Dayaq” layihəsi əsasında AYB Cənubi Azərbaycan kitabxanası seriyasından AYB-nin maliyyə dəstəyi ilə nəşr olunmuş “Duel” kitabında “Qadın”, “Ayman” və “O kişi yalan deyirdi, burda bildirçin yoxdu” pyesləri oxucuların ixtiyarına verilmişdir. Bu əsərlərdə daha çox ictimai və sosial məsələlər - ailə-məişət, qadına hörmət, qarşılıqlı sevginin yenilməzliyi, mərdlik, kişilik, millətlərarası münasibətlərin inkişafında idman yarışlarının keçirilməsinin əhəmiyyəti, haqq və ədalət və s. önə çəkilmişdir... Yeniləşən, inkişaf edən dünyanın yeni tələblərinə, çağdaş insanın qadına və ailəyə, eşqin fəlsəfəsinə müəllifin yanaşması, düşüncəsinin, yeni təfəkkürünün işığında əski çağlardan bizlərə miras qalmış əxlaq kanonlarına modern baxışı düşündürücüdür... Dram əsərləri dinamiklik, kəskin dramatik konfliktlərin olmasını sevir. Rəsul Yunanın əsərlərini də kamil dram əsəri səviyyəsinə çatdırmaq, üçün, təbii, üstündə bir qədər çalışmaq, mükəmməlləşdirmək gərəkdir...


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin