Mənə bir küçə bağışla!
Tam dənizə açılsın gözləri.
Martılar keçsin xəyalından səhər-axşam.
Və uzaqdan gələn gəmilərin səsi ilə
Döyünsün ürəyi...
Mənə bir küçə bağışla!
Yolçuların ayaq səsi ilə oyansın.
Mahnı səsi ilə oynasın.
Və, bir sevda xəyalı ilə uyusun...
Mənə bir küçə bağışla!
Gözlərindən,
Ürəyinə köçə biləcəyim bir küçə... (23.s.4)
Böyük Nazim Hikmət “Aşk bazen gitmekle kalmak arasında verdiyin en büyük savaşdır. Sevmeyenin aklı, gerçək seveninse kalbi kazanır bu savaşı (www.neguzelsozler.-com//nazim-hikmet-sozler)...” Bu gün donmuş ürəkləri, soyuq canları sevgi və şəfqətlə isindirəcəklərinə, solğun gözlərə işıq, qəmli ürəklərə sevinc, bütün dünyaya barış, sülh, haqq və ədalət gətirəcəklərinə inanırlar və gerçək eşq uğrunda savaşda ağlının və qəlbinin qazandıqlarına da əmindirlər Güney şairləri... Əgər Yunus Əmrələr, Ərginlər, Nəcib Fazillər, Nəbilər, Bəxtiyarlar, Hadilər, Səidlər, Solmazlar, Nigarlar, Məlihələr, S.Aruzlar, Şərifələr, Hümmətlər, Nadirlər, İsmayıl Ülkərlər, eləcə də yer üzünün bütün insanları bu uğurda-xoşbəxt gələcək naminə bir araya gələrlərsə... Lakin Ərgin bir-birini xoş sözlərlə, incə, zərif kəlmələrlə dindirməyin, könüllərə təkcə sevgi ilə deyil, bu sevgini həm də gözəl, cazibədar dillə ifadə etməklə, yəni, əlahəzrət Sözün qüdrətilə hakim olmağın mümkünlüyünü də bəyan edir:
Dostları ilə paylaş: |