|
Bu ildə bilirəm o birinin tayı
|
səhifə | 55/58 | tarix | 02.01.2022 | ölçüsü | 0,59 Mb. | | #32437 |
| Bu ildə bilirəm o birinin tayı.
Əzab çəkib gözləyəcəyəm yayı
Yayda bəlkə danışım öz dilimdə
Eyvay, yenə dilim qaldı evimdə!
Dərd bir olsa, iki olsa, dözərəm!
Qarşımda yol dəniz olsa üzərəm
Ceyran olub dağ - dərəni gəzərəm
Amma deyənmərəm özgəyə ana!
Önümdə öz anam od tutub yana!
Mənim anam madər deyil, anadır,
Hamı dil bir yana, o bir yanadır
Fəxri dünyalara, nə İranadır
Nədən yasaq olub mənim öz adım?!
Niyə çatmır elə, səsim, fəryadım?!
Azəryaram, öz dilimə bağlıyam.
Yeri vardır, vay deyəm, qanağlıyam,
Bu dərdə mən,bir ömürdür dağlıyam.
Dostları ilə paylaş: |
|
|