Sevilməyi düşünmə, sevməyi öyrən


Üşüyürəm, məni bağrına bas, Lənət olsun o mavi gözlərinə! Sən ölümlə yaşamın dönüş nöqtəsisən: Qucağın əmniyyətdir,  gözün - terrorist!”(22)



Yüklə 259,07 Kb.
səhifə25/64
tarix01.01.2022
ölçüsü259,07 Kb.
#103285
1   ...   21   22   23   24   25   26   27   28   ...   64
Üşüyürəm, məni bağrına bas,
Lənət olsun o mavi gözlərinə!
Sən ölümlə yaşamın dönüş nöqtəsisən:
Qucağın əmniyyətdir, 
gözün - terrorist!”(22)

Əsərlərini yeni for­mada-sərbəst, yəni azad-modern şeir şəklində yazan Ərgininin poetik düşüncələrinə də müasirliyin-çağdaşlığın sirayət etdiyi apaydın yansıyır... Eynilə “Suç­suz” şeirində olduğu kimi:



Ağ vicdanları qarala,

Arı ürəkləri ləkələ,

Sağlam düşüncələri zədələ.

Səndə suç yox.

İnsanlar malik olmadıqlarına

düşmən olarlar...

Fikrin ifadəsi konkret və birbaşa... Mətləb məlum, məqsəd aydın... Yeni şeirin qısa, lakonik şəkli, fikrin bədiiliyin ecazkar tülünə bürünməyən sadə sözlərlə lakonik ifadəsi... Ənənəvi məzmunun yeni şeir formasında təqdimi: Oxucu ani olaraq, yəni, heç bir çətinlik çəkmədən müdrik bir atalar sözünü xatırlayır: “Pi­şi­yin ağzı ətə çatmayanda deyər ki, iy verir.”

Poeziyanın əsas obyekti insandır, onun fikri, düşüncəsi, hiss və duyğuları, bir sözlə, əhatə olunduğu mühit və daxili dünyasıdır... Güney yazarları­nın da şeirlərinin mayasında şair və onun daxili dünyası­ durur. Qeyd etdiyimiz kimi, onların əsər­lərində aparıcı xətt-Güney Azərbaycan xalqının keşməkeşli taleyi, bu taleyin üzərindən qara yellər əsdirən şər qüvvələrə qarşı etiraz, qədərə üsyan və mövcud və­ziyyətdən-xalqını və ana dilini köləlikdən qurtuluşa doğru aparan ye­ganə yola - mənəvi birliyə çağırışdır... Ərgin üzləşdikləri real duruma öz etiraz və üsyan duyğularını “Ulus var” şeirində oriji­nal müqayisələrə bükür. Lakin bu bükülmənin şərti olduğu ilk baxışdanca duyulur və ixtiyarsız olaraq şüur­larda hələlik susmuş, əslində isə hər an aktivləşə biləcək vulkan təsəv­vürü yaradır:


Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin