Sevilməyi düşünmə, sevməyi öyrən


İnansın, inanmasın?! Sənin iki qurtumluq qumral gözünə necə inanım?



Yüklə 259,07 Kb.
səhifə31/64
tarix01.01.2022
ölçüsü259,07 Kb.
#103285
1   ...   27   28   29   30   31   32   33   34   ...   64
İnansın, inanmasın?!
Sənin iki qurtumluq qumral gözünə necə inanım?


O  yekəlikdə mavilikdə
Urmu gölü ilğım imiş, əlimi atanda duza çıxdı!
Dalıram inanmıram, cumuram inanmıram,


Boğuluram, inanmıram.
Gəlməyəcək gəlinin bir yerlidir, torpağı yox!
O  torpağı yoxla, Bir gölləri var, suyu yox!
O suyu yoxla, gündə balıqlamağa çıxır, toru yox!
Toru yoxla, bu gün bir cüt qumral rəngdə
göy muncuğu düşüb, inansın, inanmasın?(8)

Güney şairləri Quzey Azərbaycanın bir sıra rayonlarının işğalçı Ermənistan dövləti tərəfindən ələ keçirilməsinə, xalqın düşmən əsarətində olan Qarabağ dərdinə laqeyd qalmır, bunu bütöv Azərbaycanın dərdi, problemi kimi qəbul edir və onun çözülməsi, ədalətin bərqərar olması uğrunda mübarizə aparırlar. Qarabağ problemini hətta “dərdli Təbrizin qanı qurumayan yarası (M.Əzizpur)” sayırlar.



Əli Daşqın, Ədalət Duman, Nurəli Qurbanzadə, Məlihə Əzizpur, Huşəng Cəfəri, Əlirza Miyanalı, Eldar Muğanlı, Həsən İldırım, Kiyan Xiyav, Türkan Urmulu, və digər şairlər bu dərdin ağırlığını ürəklərində və şeirlərində daşıyırlar. Nurəli Qurbanzadə bütöv Azərbaycanın Fars və Rusiya imperiyaları arasında bölünməsini bir ürəyi iki yerə paralayıb bölmək kimi mənalandıraraq bu ayrılığa imza atanları, xalqı yaman günə salanları, eyni zamanda Qarabağda XX əsrin yeni müharibə ocağı alovlandıranları lənətləyir. Şuşa, Laçın, Qubadlı, Kəlbəcərin və bütövlükdə Qarabağın işğalını, qaçqınlıq və didərginlik həyatına məhkum edilmiş böyük bir elin halına acıyır:


Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin