Sevilməyi düşünmə, sevməyi öyrən



Yüklə 259,07 Kb.
səhifə8/64
tarix01.01.2022
ölçüsü259,07 Kb.
#103285
1   ...   4   5   6   7   8   9   10   11   ...   64
Bu gün bu qurbağa qapqara bir qarabağ

Quruldamaq istir şikəstədən şikəst bir ağız

Neçə göllükdü bəlli deyil ki,

bu qurbağamız ağamızdı biraz,

bəlkə, biraz da tosbağamız

Ancaq bugünədək gördüyüm 

ən qurbağa(?) ən qurqur qağamız

Bağışlayın zəhmətdi, Çatdıra bilsəniz bağırın!

Ya da işdi çatsa qısır əliniz

Bağı qanqırmızı bağrı qara çöllüyünə

Qara bir daş tapsanız lütfən

Atın bu qurbağanın boğazında ilişən göllüyünə

Yoxsa qurultu yaman şikəstə qaşınır

Ağız boğazında bir doyunqarına: Əzzinəm aaa...y

Tən dərdi vətən dərdi

Tərlədib öldürər məni

Neynim əl çək yaxamdan iyirmi fayız bəsdi

Bəsimdi görər məni

Di dur gəl qoyma uçur qaçır başımdan

Gəl qadan aaalım

Bir çətvər araq yarım metir dönər kabab dönər məni

Döndərər məni

O yana döndər məni yar buyana döndər məni

Ölürəm ölürəm ölürə ə ə...m

gəl dərdin aaa...lım

Əzzinəm aaa...y gödən yaxşı

Bir fincan arada? göbək yaxşı

Deyirəm vətən biraz yığcam,

biraz gödək yaxşı

Ədə belə göbək yaxşı gödən yaxşı

Pay verməyə aaa...y baaaalam

Yenə də vətən yaxşı

Ölmürəm

Ölmürəm

Ölmürəəə...mmmm(10)

Tanınmış şair Fikrət Qoca AYB-nin maddi dəstəyi, DAYAQ-ın layihəsi əsasında Bakıda çap olunmuş güneyli gənc şairlər-Məlihə Əzizpurun “Su pıçıltısı”, Sayman Aruzun “Bahar gəlmədi” və Nigar xanımım “Əlimdə əlli barmaq” adlı üç şeirlər toplusu haqqında yazdığı məqalədə tənqidi mövqedən çıxış edərək hər üç şairin yaradıcılığındakı özəlliklərə toxunur (10). Çağdaş və klassik poeziyanın incəliklərini mənimsəyərək modern şeirin mükəmməl nümunələrini yaradan Məlihə xanımın yuksək poetik duyumunu və mövzuya yanaşma ustalığını dəyərləndirən və: “Məlihə Əzizpur müasir şairdir. Müasir Qərb şeirini də yaxşı bilir. Bilmək azdır. O, müasir təfəkkürlü şeir misraları arasında şərqin və qərbin hərarətini saxlayıb. Bunu öyrənmək mümkün deyil. Buna yalnız istedad lazımdır, böyük istedad: - Məni dindirmə ağlaram! //Gözlərimdən// Kimliksiz bic yaş doğular. //Və dörd bir yandan//Daşlanaram. - Bu xanım şairdi, özü də çox yaxşı bir şairdi,” – deyən F.Qoca həm Sayman Aruzun, həm də Nigar Xiyavinin şeirlərindəki bəzi məqamlara, çatışmazlıqlara (təbii, Fikrət müəllim özünün gördüyü nüanslara) diqqəti yönəldərək real münasibətini açıqlayır və Nigar xanımın bir adsız şeirindən: - Yekə tumanına işəmiş kişi kimi yerində-cə//Donduruldu bizimkilər//Qaldıq ağ yalanlar altında lağa... kimi üç misranı misal gətirir.



Diqqətli oxucu yanlış anlamasın deyə, 2007-ci ildə Yaşmaq yayınları seriyasından nəşr olunmuş “Əlimdə əlli barmaq” kitabında toplanan şeirlərin əksəriyyəti haqqında ayrı-ayrılıqda obyektiv fikirlərini “Sərbəst tənqid” yazısında sərgiləyən Güneyin obyektiv mövqeli tənqidçisi Nadir bəy Əzhərinin də bu məsələ ilə ilgili qənaətini anındaca xatırlat-maq istəyirəm: Səhifə 13 birinci şeir:"Nigar Xiyavi" bu kitabda açıq sözləri şeirsəlləşdirə bilməmiş bu şeirdə də hakəza:


Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin