Sevilməyi düşünmə, sevməyi öyrən


Çəkdi «Səhər»i eşq əli bir yanə, desinlər



Yüklə 259,07 Kb.
səhifə17/64
tarix01.01.2022
ölçüsü259,07 Kb.
#103285
1   ...   13   14   15   16   17   18   19   20   ...   64
Çəkdi «Səhər»i eşq əli bir yanə, desinlər... Ümumiyyətlə, çağdaş Güney şairlərinin əsərlərində təbiət hadisələri dərin ictimai məzmun kəsb edir. Ana təbiət, doğallıq və qaçılmaz təbiət hadisələri onlar üçün məqsəd deyil, fikirlərini daha sərrast, konkret ifadə etmək üçün ən uyğun orijinal bir vasitədir. Onların yaratdığı bədii tablolar, güclü ruh oxucunu hadisələrin təsvir olunduğu zamana, dövrə qaytarır.

Güney yazarlarının yaradıcılığında bir maraqlı cəhət də diqqətdən qaçmır. Onların ən istedadlıları hər nə qədər yeni-modern şeir yazmağa həvəsli olsalar da, fikir yelkənini açaraq poetik ustalığını, bədii sözyaratma gücünü nümayiş etdirir və hər üç üslubda qələmlərini sınayırlar. Ancaq hansı vəzndə, yaxud üslubda yazırlarsa-yazsınlar, onların yaradıcılığının əzəl mübtədası, baş mövzusu Vətənin azadlığı, istiqlal, bağımsızlıq duyğuları, ana dilinin əsarətdən qurtuluşu, yurda məhəbbət, el-obaya sədaqət hissləridir. Şeiri insanın həyat və yaşayışının aynası kimi dəyərləndirən Məlihə xanım da müsahibə­lərində daim vurğulayır ki, şeirləri məhz Güney Azərbaycanı, doğma xalqının real həyatını tərənnüm edir. Çağdaş dövrün şairləri əsərlərində həyatın dibinə enir, məişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə gəlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş verənləri belə, ütüsüz-boyasız, tamamilə yeni bir formada şeirə gətirirlər... Məhz bu baxımdan Süleymanoğlu “Bilimsəl”, Ziba Kərbasi “Nəfəs”, Nadir Əzhəri “Donuq şeir planı”, son zamanlar “Arəstə mücərrəd” adlandırdığı öz “Nano” şeirini yazaraq Güneydə dinamik inkişaf edən yeni şeirdə xüsusi tərz yaratmışlar... Ümumiyyətlə yanaşdıqda, aydın görünür ki, bu gün Güney Azərbaycanın gənc şairləri “Avangard şeir”ə çox böyük maraq göstərirlər.

Əlbəttə, insanın qəlbində, ruhunda əbədi yeri olan, onun fikir və düşüncələrinə hakim kəsilən Ana torpaq, Vətən, yurd sevgisi, eşq-məhəb­bət, haqq-ədalət, həsrət, özləm, etiraz, üsyan, azadlıq mövzusu və bağımsızlıq motivləri digər şair və yazıçılarda olduğu kimi, “Avangard şeir” tərəfdarlarının əsərlərində də aparıcı mövzudur və bütün bunlar, mütləq mənada onların əsərlərində öz parlaq əksini tapır. Seyid Heydər Bayat da ənənəvi 11-lik heca qəlibində qələmə aldığı şeirlərinin birində onu hər an düşündü­rən, hər gün ruhunda dolaşan müqəddəs bir arzuya-azadlığa yetməyin, Vətənin ağ günlərinə çatmağın yolunu axtarır və bu yo­lun izinə, sorağına düşsə də, mənzil başına çatmamış azıb qaldığını yazır. Şeirin alt qatında gizlənən mənanı (xalqın azad Vətən, bağımsız dövlət qurmaq amacıyla XX əsrdə dörd dəfə həyata keçirdiyi, lakin hansısa səbəblərdən əldə saxlaya bilmədiyi və sonda məğlubiyyətlə nəticələnən inqilablar-məhz bu üzdən o, yeni yol axtarır və şairin “Tapdanmış yollardan acığım gəlir” etirafı son dərəcə haqlı səslənir!) isə o, orijinal deyim tərzi ilə, heç kəsi təkrarlamadan oxucuya çatdıra bilir:


Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin