Sevilməyi düşünmə, sevməyi öyrən


Gözəl qız, sən saf susan, bir könül atzususan



Yüklə 259,07 Kb.
səhifə21/64
tarix01.01.2022
ölçüsü259,07 Kb.
#103285
1   ...   17   18   19   20   21   22   23   24   ...   64
Gözəl qız, sən saf susan, bir könül atzususan.

Mən ki, səni sevirəm,

Susuzluğun od vurub köz kimi yandırdığı

dodaq su sevən kimi,

O isə səni sevir, kabab üstdən sərin su

pis olmaz, deyən kimi... (17.s.157)

Vətəndaş qeyrətli şairimiz Hadi Qaraçayın Kult.az saytında Rafət Pirisoy adlı ədəbiyyat və ədəbi dartışma “həvəslisi”nə doğru (həm də konkret və sərt) cavabını olduğu kimi verməyi “Hazırda Güney Azərbaycanda “dirəniş ədəbiyyatı” inkişafdadır” fikrinin ən uyğun açıqlaması hesab edirəm: “Güney Azərbaycanda azərbaycanlılar (daha doğrusu, güneyli-quzeyli-E.F.Ş) bir çoxla­rının görmədiyi, ya görmək istəmədiyi bir döyüş içindədilər və bu döyüşün ön sıralarında gedənlərin bir çoxu elə günü bu gün İran İslam Respublikası-nın zindanlarında yatır. Azərbaycanlılar qoyun quzu deyil, küyləyib meydanlara çıxarsınlar. Biz onsuz da meydandayıq.” Onlar həqiqətən bu gün həm döyüş, həm də sənət meydanında ardıcıl surətdə, fəal mübarizə aparırlar...

Belinski yazırdı ki, “Lirikada şairin şəxsiyyəti birinci planda durur, biz ancaq onun vasitəsilə hər şeyi qəbul edib anlayırıq. Lirik poeziya (epik poeziya-nın ziddinə olaraq) əsasən subyektiv daxili poeziyadır, şairin öz-özünü ifadə etməsidir.” Hadi Qaraçay da şeirlərində özünü, mənsub olduğu xalqın iç dünyasını-düşüncələrini ifadə edir:


Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin