Sevilməyi düşünmə, sevməyi öyrən


Bax, ovcumdan süzülən qumda sənin adın var(8)



Yüklə 259,07 Kb.
səhifə44/64
tarix01.01.2022
ölçüsü259,07 Kb.
#103285
1   ...   40   41   42   43   44   45   46   47   ...   64
Bax, ovcumdan süzülən qumda sənin adın var(8).

Göründüyü kimi, bu şeirdəki mənanın ifadəsində, formasındakı fərqi, yeniliyi, duy-maqsa o qədər də çətin deyil... Şairin yarat­dığı obraz - “lirik mən” dünyanın bütün rənglərinin, həyatın gerçəkliklərinin fərqindədi, ancaq bu gerçəkliklər ona daha duyğulu şeylər, nəsnələr pıçıldamaqda, anlat­maqdadı... Yalanın, riyanın törətdiyi fəsadları görmək-də, ürək ağrısı ilə dərk etməkdədi... Tənha insanın dili ilə, dənizin dalğalarıyla, ağacların yarpaqlarıyla pıçıldaş­ması, danış­ması ki­mi... Bu şeirlər oxucu qəlbinə bir də ona görə güclü təsir göstərir, yaralayıb keçir ki, misralar saxta təmtəraqdan, dəbdəbəli, mərtəbəli söz və ifadələrdən, bəzək-düzəkdən uzaqdır və əksinə, bu ədəbi nümunələrdəki dərin məna qatları onu düşünməyə vadar edir. Düşünür ki, Ruqiyyə xanım “sən şəraba dolmuş bir sevdasan, həm yaşam, həm ölüm kimi” deyərkən təbii ki, sevgi üzündən yaşanan acılar, dözülməz mənəvi ağrılar və sevinclər, xoşbəxtliklər yada düşür...

Ənənəvi fədakar­lıqlar, sevgilinin aşiqi üçün göydən ulduz qoparmaq, dənizi hə­diyyə vermək, dünyanı bağışlamaq, yaxud “Sarıköynək” təki bəzi aşıq mahnılarında hətta “anasını sevdiyinə qurban etmək” kimi üsullar da çağdaş Güney poeziyasında dəyi­şi­lib, tam yeni forma və ifadə üsulu ilə əvəzlənib... Məlihə Əzizpurun: “Mənə bir küçə bağışla! Gözləri tam dənizə açılan, bir sevda­nın xəyalı ilə uyuyan, ürəyi uzaqdan gələn gəmilərin səsi ilə döyünən, yolçuların ayaq səsi ilə oyanan, Mahnı­la­rın səsi ilə oynayan bir küçə” arzusuna, diləyinə çevrilib... Elə bir küçə ki, “Gözlərindən, ürəyinə köçə bilim” kimi dəlicə bir istəyə, kövrək və israrlı bir sevgi etirafına dönüb... Sevgilinin gözlərinə köçüb orada ömrü boyunca qalmaq! Bundan orijinal, bundan təsirli sədaqət andı olarmı? Elə bir küçəni hansı aşiq bula biləcək görən?


Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin