Sevilməyi düşünmə, sevməyi öyrən



Yüklə 259,07 Kb.
səhifə59/64
tarix01.01.2022
ölçüsü259,07 Kb.
#103285
1   ...   56   57   58   59   60   61   62   63   64
Hələ də ən sevdiyim

yağışdır baharlarda anımsayıram

sənlə hülü ağaclarının çiçəklərinə

qonaq gedəcəkdik Urmuda!

Nəysə...

Sevirəm hələ də gecəni

Gecələrdə Şam yandırmağı

Yatmadan öncə Aya baxmağı

Göy buludlu deyilsə təbii!!!

Eynidir ürəyim, Dəyişən bir şey yox.

Xəyanətdən ortasında bir ox dışında

Gələn,GedənYox...

Hələ də tapıram

O odlu dumanlı, Başı bəlalı

YURDUMA adın deyim

Adına qurban AZƏRBAYCANa

Hələ də ölürəm mən Anama

Anamın əllərınə, gözlərinə, qucağına.

Sevirən hələ də sənəsəni sevirəm!” deyən dilimə

həyə ... həyə ...

mən ölürəm öz dilimə, özümə, özlüyümə...

hən, eyniyəm mən, özüməm, buraxdığın kimi!

heç dəyişməmişəm, dəliydim yalnız

zır dəliyə dönmüşəm!

Göründüyü kimi, ədəbiyyatın ictimai mahiyyətini və özünü dərketmə olduğunu anlayan insanlar həmişə çalışmışlar ki, sənətkarlar cəmiyyətin arzu və istəklərinə ehtiram göstərsin və bu istəklərin gerçəkləşməsində bilavasitə iştirak etsinlər. Ədəbiyyat nəzəriyyəçisi Jan Pol Sartr bu tendensiyanı belə dəyərləndirir və: “Gün gələcək ki, qələm susmaq məcbu­riy­­yətində qa­lacaq və o zaman yazıçı silah götürməlidir... Yazmaq bir növ azadlıq istəyidir. Bu işə girişmisinizsə, istər-istəməz bağlanacaq və onunla məşğul olacaqsınız”, - deyirdi. Deməli, yazıçı, yaxud şair əsərinin dəyərini onun əbədiyaşar-lılığının, uzun ömürlü olmasının sirrini cəmiyyətə hörmət etməkdə, ictimai məsələləri bəyan etməkdə və sonucunu gözləməkdə görür, hətta lazım gəldiyindən də artıq dərəcədə bu məsələlərlə uğraşır. Son nəticədə cəmiyyət ona dəyər verir və bəzi hallarda, hətta öz sənətkarını inadla müdafiəyə də qalxır. Odur ki, Güney Azərbaycanın yazarları böyük Vətənin Cənub parçasında xalqın milli haqq və hüquqları, milli kimlik, milli dövlətçilik uğrunda mücadiləsi və bu mücadilənin ədəbi-bədii müstəvidə əks etdirilməsi prosesi bu gün də davam etməkdədir.



Sözardı: Lap bu günlərdə Təbrizdə doğulub böyümüş söz adamı, mənim də çox təqdir elədiyim yöndə-klassika ilə çağdaşlığı bir ortama gətirərək maraqlı əsərlər yazan Qulamrza İbrahim oğlu Danişvər Azəryarla görüşdüm, ağrı-acılarla dolu həyat hekayəsini dinlədim və yaradıcılığı ilə tanış oldum. Azəryar gözəl səsi və qüsursuz diksiya ilə şeirlərindən nümunələr oxudu... Onu dinləyir və düşünürdüm: Bir xalqın elinin əsir alınması, dilinin yasaqlanması onun ən böyük sağalmaz yarasıdı... Və o xalq nə qədər ki, öz bağımsızlığına qovuşmayıb, dili yasaqlardan qurtulmayıb, onun Azəryar kimi şairləri hələ çox yaranacaq, “Lalam mən” kimi şeirlər yazacaq, doğal haqq və hüquqları uğrunda mübarizə aparacaqdır:

Yenə payız şəhərimə çəkdi rəng,




Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin