SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə103/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   99   100   101   102   103   104   105   106   ...   260
2. Arya-samac; Bu firqə də Qərb mədəniyyəti və fikirləri ilə birbaşa qarşılaşdıqda hinduizmi qərblilərin tənqidlərindən qorumaq məqsədi ilə yaranmışdır. Bu firqə əslində hinduizmə mütərəqqi və humanist imic qazandırmaq, insanlar üçün cəlbedici görünəbiləcək bə`zi Qərb ideoloji prinsiplərinə müqavimət göstərmək məqsədi ilə yaradılmışdır. Brahma-samacın əksinə olaraq, bu firqə xristianlığın və Qərbin humanizm prinsiplərindən bə’zilərini qəbul etməklə hinduizm dini inanclarında islahatlar aparmışdır.

Brahmanlardan olan “Dayananda Sarasvati” bu firqənin banisidir. O veda, yaxud arya məzhəbinə qayıdışı, zaman keçdikcə xürafat, qeyri-məntiqi və qeyri-insani şəkilə düşmüş bütün inancların islahını öz ayininin əsasına çevirmişdi. O, vedaların büt və heykəllərə pərəstişə mənfi yanaşdığına; veda dövründə mə’bədlərdə bütlərə pərəstiş məsələsinin əsla olmadığına inanmışdır. “Dayananda” bu baxımdan həmin əməllərin əleyhinə çıxmışdır. O, insan hüquqları ilə əlaqədar veda mətnlərində dul qadının diri-diri yandırılması, uşaqların zorla evləndirilməsi barədə heç nə deyilmədiyi mövqeyində dayanmışdır. Buna görə də o, bu göstərişlər və bu qəbildən olan digər qanunlara qarşı olmuşdur. Vedalar toplusunda kişilərə qarşı qadınlar tərəfindən heç bir həqarət və çatışmazlıq görmədiyindən, qadınlara ehtiram, onların şəxsiyyət və məqamına hörmət qoyulmasını geniş təbliğ etmişdir.

Sarasvati hinduizm ayinində apardığı bu islahatlarla yanaşı digər veda dini ayinlərin və ibadətlərinin üzərində xüsusi dayanmış, hindusların başqa insanlardan seçilməsində israr etmişdir. Bu baxımdan Sarasvati müəyyən mə`nada irqçi ayin yaratmağı nəzərdə tutmuş, ariya soyunun üstünlüyünü sübut etmək istəmişdir. Onun ariya irqi məsələsinə tə’kid etməsi və öz firqəsini arya-samac adlandırması da bu fikirləri təsdiq edir. Bu təfəkkür və e’tiqad tərzi tez bir zamanda həmin firqə ardıcıllarının Hindistandakı digər din və firqələrin davamçıları, xüsusilə də xristian və müsəlmanlar arasında kəskin və qanlı-qadalı qarşıdurmalara səbəb oldu.

Arya-samac firqəsinin ardıcıllarının inancına görə Hindistan hindus məzhəbli bir ölkədir. Çünki onun əhalisinin əksəriyyətini hinduslar təşkil edir. Buna görə də müsəlman, xristian və ya qeyri-hindus məzhəb ardıcılları hindus qanunları əsasında yaşamaq istəməsələr bu ölkəni tərk edə bilərlər. Bu ayinin ardıcılları məhz həmin səbəbdən dünyəvi (qeyri-dini) əsasda qurulan Hindistanın hazırkı Konstitusiyasının əleyhinə çıxış edərək ölkədə hindus qanunlarının (hindu-rac) həyata keçirilməsini tələb edirlər. Onlar indiyə qədər dəfələrlə müsəlmanların, yaxud xristianların inək kəsmələrindən hindusların başqa dinlərin ardıcıllarına qarşı təhrik olunması üçün istifadə edə bilmiş, mülayim təbiətli, kobud rəftardan qaçan və güzəşt əhli olan əcdadlarının əksinə olaraq, çox kobud və militarist ruhiyyə ilə qorxu, zorakılıq və münaqişə mühiti yaradırlar.




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin