SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə107/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   103   104   105   106   107   108   109   110   ...   260

NANAKIN TƏBLİĞAT METODU


Quru Nanak başqalarını öz ayininə də’vət etmək barədə ilham gəldikdən sonra vahid allahın təbliği olan missiyasını yerinə yetirmək üçün səfərə çıxdı. Onun e`tiqad bəslədiyi allah bütün təbəqələrə - istər varlı olsun, istərsə də kasıb - eyni səviyyədə aiddir. Nanak yeganə allahı təbliğ etmək üçün ona kimi müsəlman olan və siqh ayininin ilk ardıcılı sayılan xidmətçisi Mərdananı özü ilə götürdü. Mərdana çox gözəl rübab çalırdı. Nanakın özü də şair idi və əksər çağırışlarını şe’r və nəğmə şəklində çatdırırdı. O, şe’r oxuyanda Mərdana musiqi ilə müşayiət edirdi. Bu məsələ Nanakın e’tiqadlarının sadə və səlis formada adi camaata çatmasına və onun e’tiqadlarını çox asanlıqla dərk etmələrinə səbəb oldu.

Quru Nanakın təbliğat fəndlərindən biri də özünün geyim və zahiri bəzəklərində hindusların və müsəlmanların geyim və bəzəklərini birləşdirərək istifadə etməsi idi. Belə ki, cilitkə geyinər və adətən hindusların çiyinlərinə saldığı və safa adlanan ağ bir parçanı onun üstünə örtər, başına müsəlman dərvişlər sayağı papaq qoyardı. Boynuna bir sümük asar və alnına hindus xalı vurardı.

Quru Nanak bu şəkildə 12 il səfərdə oldu. O, Hindistanın müxtəlif şəhərlərində öz ayinini təbliğ etməyə çalışır; hər yerə çatırdısa öz şe’rlərini oxuyur və camaata moizə edirdi. Mərdana da rubabda çalmaqla onu müşaiyət edirdi. Nanak əsasən bu cümləni xüsusi vurğulayırdı: - Mən bu əsrdə insanlara yol göstərmək üçün zühur etmişəm. Mən bütün firqələri inkar edir və yalnız bir olan allaha pərəstiş edirəm. Mənim tanıdığım Allah hər yerdə - asimanlarda və yerdə, hər tərəfdədir.”

Quru Nanak çoxsaylı səfərlərdən sonra 1520-ci ildə vətəninə qayıtdı və öz varlı ardıcıllarından biri olan Kartar-purun ona bağışladığı torpaq da məskunlaşdı. Burada vəfat etdiyi 1539-cu ilə qədər yaşamışdır. Nanakın ölümündən qabaq son tədbiri öz canişinini tə’yin etməsi olmuşdur. O, özündən sonra rəhbərlik iddiasında olan oğlu Şriçəndi zahidliyə ifrat meylinə görə canişinlikdən məhrum edərək və onun yerinə xüsusi şagirdlərindən biri olan Anqadı canişin və rəhbər tə’yin etdi. Ondan sonra da səkkiz başqa “quru” biri digərinin ardınca siqh cəmiyyətinə rəhbərliyi öhdələrinə götürdü. Amma onuncu quru olan və 1708-ci ildə dünyadan köçən Qovind Sinqh ölümündən qabaq bu ayinin ardıcıllarına ondan sonra daha heç bir rəhbərin olmayacağını bildirmişdir. Buna görə də öz canişinini tə’yin etməmişdir. Bundan sonra “quru”ların yazıya köçürülmüş və “Qrant” adlandırılan tə’limat toplusu siqh cəmiyyətinə rəhbərliyi öhdəsinə götürmüşdür və siqhlər mə’bədə daxil olarkən ona tə`zim edərək hörmətlə yanaşırlar.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin