SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə11/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   7   8   9   10   11   12   13   14   ...   260

6. BƏXT NƏZƏRİYYƏSİ:


Bu nəzəriyyəyə görə, ibtidai insanlar həyatda müəyyən uğursuzluqlarla qarşılaşdıqları zaman, xoşbəxtlikdən əl üzüb bədbəxtliyə düçar olarkən bu uğursuzluqların yaranma səbəblərini bilmədikləri üçün təbiətin fövqündə dayanan bəxt və alınyazısı adlı qeyri-təbii və qeyri-iradi bir gücə inanmağa başlamışlar. Həmin inam və e`tiqad tədricən dinə və məzhəbə çevrilərək, nəticədə Allaha e`tiqadı yaratmışdır. Məşhur sosioloqlar Simner və Kler bu barədə deyir: - İbtidai insanlar arasında yekdilliklə qəbul edilən bir məsələ tapmaq olsaydı, şübhə yoxdur ki, həmin məsələ təbiətin fövqündə dayanan qüvvələrin insan övladlarının bəxt və taleyinə hakim kəsilməsi inamı idi. İbtidai dövrün insanlarının düşündüyü əsas məsələ bundan ibarət idi: Bu sirli qüvvələrin rəğbətini qazanmaqla bədbəxtliyin qarşısını almaq, xoşbəxtliyə nail olmaq, öz arzu və hədəflərinə yetişmək. Cəmiyyətin bütün üzvləri daimi olaraq bu məsələ ilə bağlı iztirab və narahatçılıq hissi keçirir, bütün güclərini səfərbər edərək qarabəxt və tale`siz olmaqdan yaxa qurtarmağa çalışırdılar. Beləliklə aşkar bir ehtiyacdan din yaranmışdır...”

Bu nəzəriyyəni araşdırarkən bir neçə məsələyə diqqət yetirmək lazımdır:

1. İbtidai insanların e`tiqadları arasında bəxt və taleyə inam məsələsinin geniş yayılmasına baxmayaraq, məsələ heç də bu iki sosioloqun dediyi kimi deyildir; bu inancların formalaşıb yayılmasında təkcə savadsızlıq və cəhalət deyil, məs`uliyyətdən yayınmaq, səhlənkarlıq, qüsur və nöqsanların üstünü örtmək, vicdan əzabından xilas olmaq məqsədi də bəxt və alın yazısına inamı yaradan səbəblərdəndir.

2. Dinə yönəlmənin əsas səbəbi bəxt və alın yazısına inam olarsa, bəxtə e`tiqad bəsləməyən şəxslər allaha sitayiş etməməli və heç bir ilahi qüvvəyə inanmamalıdırlar. Qeyd olunduğu kimi, real gerçəklik bu məsələnin tamamilə əksinədir.

3. Bu nəzəriyyə bütün dinlərə yönəlmənin səbəbi kimi izah edilə bilməz; çünki dinlərin bir çoxunda, xüsusilə İslam dini heç vaxt bəxt məsələsini əsas e`tiqadi prinsip kimi işıqlandırmamış və öz ardıcıllarını bu işə təşviq etməmişdir.

4. Bəxtə və alın yazısına inanan şəxslərin əksəriyyəti onu qaçılmaz və dəyişməz bir hökm kimi qələmə verməmişdir. Çünki belə olsaydı onu dəyişdirməyə, sirli qüvvələrin rəğbətini qazanaraq həyatda qarşıya çıxan bədbəxtliklərin qarşısını almağa çalışmazdılar.

* * * * * *

Qeyd olunan altı nəzəriyyədən əlavə, dinlərin mənşəyi və dinə yönəlmənin səbəbləri barədə başqa fikirlər də irəli sürülmüşdür ki, onlarla tanış olmaq üçün daha geniş və ətraflı kitablara müraciət etmək lazımdır. Amma həqiqət bundan ibarətdir ki, insanda olan Allaha e`tiqadın əsası və dinin mənşəyi daima hadisələrin və varlıqların səbəbini arayan-axtarıb insan ruhiyyəsidir. İnsan bir tərəfdən varlıq aləmində saysız-hesabsız qəribəlikləri, nizam-intizamı müşahidə edir, digər tərəfdən isə varlıq aləmindəki səbəblə səbəbkarını, yaradanını tanıyıb dərk etmək barəsində olan fitri ehtiyacı ilə vahid və qüdrətli Allahın varlığını dərk edir. Bu nəzəriyyənin geniş və əhatəli şərhi e`tiqadlar barədə yazılmış dərsliklərdə bəyan olunmuşdur.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin