SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


KONFUSİON AYİNİNİN FORMALAŞMA ZƏMİNİ



Yüklə 3,53 Mb.
səhifə122/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   118   119   120   121   122   123   124   125   ...   260

KONFUSİON AYİNİNİN FORMALAŞMA ZƏMİNİ


Lao tze və Konfusionun meydana gəldiyi əsr Çin tarixində günah və əxlaqsızlığın baş alıb getdiyi dövr hesab olunur. Bu kimi günah və əxlaqi pozğunluqlar fərdi, ailə, sosial həyatda və hökumətdə müxtəlif səviyyələrdə yayılmışdı. Bu iki filosofun mövcud vəziyyətdən keçirdiyi iztirablar da bu fəsadın əleyhinə mübarizə yolu axtarmaq olmuşdur. Onlar öz tədqidat və təfəkkürlərində səadət və qurtuluş yolunu, həmçinin insanların azğınlığa düşməsinin səbəblərini ayırd etmək üçün müəyyən mə`nada insani kamillik və yaradılışın motivlərini prinsipial şəkildə araşdırmışlar. Bununla belə, həmin filosofların tədqiqatlarının nəticəsi bir-birindən çox fərqlənən və hətta ziddiyyətdə olan iki nəzəriyyənin yaranmasına səbəb olmuşdur. Lao-tze belə fikirləşirdi ki, bu fəsad və günahlar insanların əməllərindən yaranır və insanların işlərinin günahdan, fəsaddan başqa bir nəticəsi olmur. Həyatın hər bir sahəsində insanın əməl və fəaliyyət dairəsi nə qədər genişlənərsə, cəmiyyətdə günah və əxlaqsızlıq da bir o qədər artar. Buna əsasən Lao-tze fəaliyyətsizlik prinsipini irəli sürür ki, bunun vasitəsilə bütün işlərin gedişatını Taonun istəyinə uyğun izah edilib əsaslandırılsın. O əslində varlıq aləmindəki bütün işlərin Taonun iradəsinə tabe və insan özünü tamamilə ona tapşırarsa, onun işləri Taonun istədiyi tərzdə olacaqdır. Buna görə də, onun bütün işləri və ehtiyacları düzgün və məsləhətə uyğun həll olunacaqdır. Təbiidir ki, cəmiyyətdə belə fikirlərin yayılması cəmiyyətdə durğunluğa və tənəzzülün başlanmasına səbəb olacaq.

Bu təfəkkürün əksi cəmiyyətdəki fəsadın səbəb və amillərini bə’zi əxlaq normalarından uzaq düşməkdə görən Konfusion ideologiyasıdır. O da cəmiyyətin islahı üçün bu prinsip və me’yarların hakim olması şərtini irəli sürərək həmin prinsipləri şərh edir. Konfusion insan cəmiyyəti və sivilizasiyasının əsaslı prinsipial olaraq Tao və təbiət müqabilində formalaşdığına, insanın tarix boyunca göstərmiş olduğu bütün fəaliyyətinin Taonun iradəsinə zidd olmasına inanmırdı. Buna görə də onun nəzərində insanların yaxşı əməl və rəftarları dəyərli, eyni zamanda varlıq nizam qamusu ilə uyğun sayılır. Ancaq, Konfusion əxlaq me’yarlarına zidd, səhv olan əməl və rəftarlar üçün islahedici mexanizmlərin işlənməsini təklif edir. O, həmin mexanizmləri açıqlamağa çalışmışdır. Konfusionun inancına görə Li termini sağlam cəmiyyəti formalaşdıran mexanizm və qanunlarından ibarətdir. Cəmiyyətin idarəçiliyi, təkamülü də Li qanununun hakim olması ilə şərtlənir və yalnız bu halda cəmiyyət Taonun istəyi əsasında hərəkət edəcəkdir. Buna əsasən cəmiyyətdə Tao iradəsinin gerçəkləşməsi Li qanunlarının icrasından asılıdır. Konfusionun bu ideologiyası insani fəaliyyət, sə`ylərə, tədbirlərə dəyər vermək deməkdir və Lao-tzenin inancına əksinə olaraq, onların inkar edilməsi kimi qiymətləndirilməməlidir.




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin