SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə127/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   123   124   125   126   127   128   129   130   ...   260
3-Çun-tzo; Konfusionun üçüncü əxlaqi əsası çun-tzo, yaxud kamil insandır. O inanırdı ki, insanın kamali, üstünlüyü də Li qanunu və şu prinsipinə riayət olunmasından asılıdır. Onun nəzərində kamil insan “valideynə məhəbbət həmişə qəlbində olan oğul, övladlarına qarşı ədalət və mehribanlıqla rəftar edən valideyn, öz sahibkarına vəfadar və əmanətdar olan mə’mur, həyat yoldaşına vəfalı və səmimi olan ər, dostu ilə ədəbli və səmimi olan insandır.”

Konfusion bütün bu xüsusiyyətləri sədaqət sifətində ümümiləşdirməklə insan şəxsiyyətinin və rəftarının əsasının sədaqət olmasına inanır. Bu sifət insanın üstünlüyünə və kamilləşməsinə səbəb olur. O, həmçinin kamil insan üçün sədaqətdən aşağı pillədə olan digər xüsusiyyət və sifətləri də qeyd edir. O cümlədən: “Üstün insan camaat arasında tanınmaqdan deyil, qüdrətə çatmaqda pərişan olar. Üstün insanın axtardığı onun varlığında mövcuddur, alçaq insanın axtardığı isə başqalarındadır. Kamil insan söz deməmişdən qabaq əməl edər, daha sonra öz əməlinin tələbinə uyğun danışar. O, az danışıb çox iş görəndir. İş və rəftarda mö’tədildir. Kamil insanın rəftarı danışığı əvvəlki nəsillərin yaşadığı cəmiyyətin ümumi qanunlarına müvafiq olmalıdır.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin