SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə132/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   128   129   130   131   132   133   134   135   ...   260

DİNİ DƏYİŞİKLİKLƏR


6-cı miladi əsrinin əvvəllərində buddizmin mahayana firqəsi Yaponiya ərazisinə nüfuz etdi. Bu firqə cəhənnəm və cənnətə e’tiqad kimi bə’zi ideoloji əsaslarına malik olduğuna görə Yaponiya əhalisi arasında sür’ətlə yayıla bildi. Belə bir ideologiya Şinto ayinində nəzərə çarpmırdı. Qarşılıqlı olaraq mahayana firqəsi Şintoya məxsus olan e’tiqadlardan bə’zilərini müəyyən dəyişikliklərlə qəbul etdi. O cümlədən, ölülərin ruhlarına pərəstişi qeyd etmək olar ki, Şinto ayinində ruhlar insan həyatında əsas rol oynadığına görə diqqət mərkəzində saxlanıldı. Onu belə izahla qəbul etdilər ki, bu ruhlar həyatın yeniləşməsindən və ardıcıl doğulmalardan bir əsr əvvəl Kami surətində qalır və bu müddətdə diri insanların müqəddəratına tə’sir göstərir.

Bu iki ayində digər tədrici dəyişikliklər də baş verdi və nəticədə bu iki firqə bir-birinə daha da yaxınlaşdı. Hətta Şinto mə’budları səmavi buddaların təcəssümü kimi də təqdim edildi. Həmçinin Budda ayinində ruhani hesab olunan dəstə mə’nasını ifadə edən budda-sətvə də tədricən şintoizm ardıcılları arasında yarandı. Halbuki, qədim şintoizmdə belə bir titul yox idi.

Mühüm mə qam budur ki, Şinto ayini güclü fəlsəfə və nəzəri əsaslara malik olmadığından get-gedə mahayana firqəsində yox olmuşdu.
19-cu əsrdə öz hakimiyyətlərinin əsaslarını möhkəmlətmək istəyən Yaponiya imperatorları mahayana firqəsinin nüfuzuna dözə bilmədilər və bunun əvəzində Şinto ayinini gücləndirib yaymağa başladılar. Bunun da əsas səbəbi şintoizm əqidəsinin ən mühüm prinsipi, yə `ni imperatopa müqəddəslik verilməsi və ona pərəstiş edilməsi idi. Bu isə imperatorlar üçün gözəl dəstavüz idi və onlar buna görə də Şinto ayinini bir daha rəsmi dövlət dini kimi dirçəltdilər. Nəticədə, mahayana firqəsi sür`ətlə öz nüfuz və qüdrətini itirdi. Əlbəttə, mahayana firqəsinin e`tiqadi prinsiplərindən bə `ziləri Şinto ayinində qaldı ki, onlardan ən mühümü kimi cənnət və cəhənnəmə e`tiqadı göstərmək olar. Bu e`tiqadın əsasını insanların xeyir və ya şər əməllərinə görə mükafat və cəzaya layiq görüləcəkləri təşkil edir. Bununla belə şintoizm öz irqinin üstünlüyünə e `tiqad bəslədiyinə, yaponları digər xalqlardan daha kamil hesab etdiyinə və onları səmavi bir irq saydığına görə yaponlar üçün Makanoha adlı bir cənnət də nəzərdə tutmuşdur.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin