SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


«...Dedilər: [Ya Musa] Allahı bizə aşkar şəkildə göstər...!»



Yüklə 3,53 Mb.
səhifə170/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   166   167   168   169   170   171   172   173   ...   260
«...Dedilər: [Ya Musa] Allahı bizə aşkar şəkildə göstər...!»2

Bəni-İsrailin bütpərəstliyə meylli olmaqlarının ən aşkar dəlili onların danaya sitayiş etmələridir. Musa (ə) qısa müddətli qeybə çəkildiyi dövrdə Allahla otuz günlük görüş üçün öz qövmündən uzaqlaşdı və Tur dağına getdi. Orada həmin otuz günə on gündə əlavə edildi. Bu müddət ərzində Harun qövmə rəhbərliyi öz öhdəsinə almışdı.3

Amma Bəni-İsrail qövmü Musanın gecikdiyini gördükdə, Samirinin hiyləsi ilə danaya pərəstiş etməyə başladılar. Qur’an Harunun dilindən nəql edir ki, o (yə’ni, Harun) camaatın şirkə düşməyinə mane olmaq istədikdə, onu öldürmək qərarına gəlmişdilər.4

Yəhudilərin müqəddəs kitabı olan Tövrat bu hadisəni belə nəql edir: «Qövm, Musanın dağdan gec enməsini gördükdə Harunun yanına toplaşıb dedilər: “Qalx ayağa və bizim üçün gözlərimiz önündə olan bir Allah düzəlt. Çünki bu kişinin (Musa), bizi Misir ölkəsindən çıxaran bu kişinin başına nə iş gəldiyini bilmirik.” Harun onlara dedi: “Qadınlarınızın, oğlanlarınızın və qızlarınızın qulaqlarında olan qızıl sırğaları çıxarın və mənim yanıma gətirin.” Bütün qövm ailə-uşaqlarının boyun-qulaqlarındakı qızılları çıxarıb Harunun yanına gətirdilər. Harun qızılları alıb qələmlə naxışladı, ondan bir dana qəlibi hazırladı və onlara dedi: “Ey İsrail, bu allahınızdır ki, sizi Misir ölkəsindən çıxarmışdır. Harun bunu gördükdə onun qarşısında bir qurbangah düzəltdi və dedi: Sabah Yəhuvə bayramıdır. Sübh tezdən qalxıb yandırma qurbanlığını keçirib, salamat qalan hədiyyələri gətirdilər. Qövm yeyib-içmək üçün oturdu və oynamaq üçün ayağa qalxdılar. Allah Musaya dedi: “Yola düş, dağdan aşağı en. Çünki sənin Misirdən çıxardığın bu qövm yolunu azmışdır. Onlara əmr etdiyim yoldan azıb özləri üçün dana düzəltmişlər və onun yanında səcdə edir, qurbanlıq kəsirlər. Deyirlər ki, ey İsrail! Bu həmin allahdır ki, səni Misir ölkəsindən çıxarmışdır.” Allah Musaya dedi: “Bu qövmü gördüm. İndi bu çox inadkar bir qövmüdür.”1

Diqqət yetirilməli məsələ budur ki, Qur’ani-Kərimin nəql etdiyinə əsasən, Bəni-İsrail qövmünün danaya sitayiş etməsinin banisi Samiri adlı bir şəxs olmuşdur. Halbuki təhrif olunmuş Tövratda bu çirkin və şirk əməl Haruna aid edilir. Həqiqətdə isə bu şəxs Harun olmamışdır; o, müqəddəs insan olduğundan heç vaxt şirkə əl atmazdı. Amma necə olursa-olsun, bu tarixi məlumatdan aydın olur ki, Bəni-İsrail qövmü ən kiçik bəhanə ilə bütpərəstliyə meyl göstərirdilər. Qeyd olunan axırıncı ayədən belə aydın olur ki, bu qövmün Allaha şərik qoşmaqda təcrübəsi var idi; Allah da onları inadkar adlandırmışdır.

Həzrət Musa (ə) qayıdan zaman dana bütünü sındırıb ona sitayiş mərasimini ləğv etdi və öz qövmünü yenidən tövhidə qaytardı. Amma onlar Musadan sonra da bütpərəstliyə, danapərəstliyə üz tutdular. O cümlədən, Bəni-İsrail Fələstinə daxil olub bu diyarda yerləşdikdən sonra Kənanın şimal nahiyələrində yaşayan on iki tayfadan onu kənanilərlə qarışmaq nəticəsində Yəhuvəyə e’tiqad və pərəstişlə eyni zamanda Kənanın Bə’l bütü, eləcə də onun həyat yoldaşı olan Əştaruta pərəstiş etməyə başladılar. Amma köçəri həyat tərzi keçirən iki tayfa isə öz Yəhuvə əqidəsində qalmışdılar.2

Qur’ani-Kərim bu hadisəyə işarə edərək buyurur:


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin