SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


SİONİZM NECƏ YARANMIŞDIR?



Yüklə 3,53 Mb.
səhifə191/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   187   188   189   190   191   192   193   194   ...   260

SİONİZM NECƏ YARANMIŞDIR?


Yəhudi qövmünün bir tərəfdən ardıcıl sərgərdançılıqları, digər tərəfdən də müqəddəs kitablarında və’dəsi verilən diyara getməklə əlaqədar təkrar və’dələrin verilməsi həmişə onların həmin ərazilərə çatmaq arzularında olmasına səbəb olmuşdur ki, orada öz müstəqil hökumətlərini tə’sis etsinlər. Tarix boyu bir neçə dəfə Fələstin diyarında məskunlaşaraq, orada Süleyman heykəli adlı məşhur mə’bədi yaratmalarına görə, həmin yer yəhudilərin nəzərində müqəddəs torpaq, yaxud və’dəsi verilən yer kimi qələmə verildi. Buna görə də həmişə və’də verilən yerlərə getmək, Fələstinə getmək kimi məşhurlaşdı.

Bu arzular keçmiş əsrlərdə, xüsusilə İslam dininin Fələstində hakimiyyəti zamanı, sadəcə olaraq, müqəddəs yerin ziyarəti kimi qiymətləndirilirdi və dünyayın sair məntəqələrindən olan yəhudilər öz müqəddəs məkanlarını ziyarət etmək üçün oraya gedirdilər. Fələstində, eləcə də dünyayın sair məntəqələrində yaşayan yəhudilər heç vaxt Fələstini işğal edib orada müstəqil bir dövlət yaratmaq və müsəlmanları oradan qovmaq fikrində deyildilər. Çünki islamın bu diyara hakim olduğu dövrlərdə müsəlmanlarla yəhudilər qarşılıqlı anlaşma və firavanlıq şəraitində yaşayırdılar. (Amma məsihilərin hakimiyyəti dövründə yəhudilər ən ağır təzyiqlər atlında kütləvi şəkildə qırğına mə’ruz qalırdılar. Bu dövrlərin hamısında yəhudi dövlətinin tə’sis olunması arzusu sadəcə bir e’tiqad şəklində mövcud idi ki, axirəz-zamanda və həzrət Məsihanın zühurundan sonra ümumdünya bir dövlət tə’sis olunacaq, hamı yəhudiliyi qəbul edəcəkdir. Hətta “səhyun aşiqləri” adı altında hərəkatın başlandığı 19-cu əsrdə onların məqsədi sion dağları ətrafında yəhudi mədəniyyəti və e’tiqadının yayılması üçün ruhani bir mərkəz yaratmaq istəyirdilər; bu dövrə qədər müstəqil yəhudi dövləti tə’sis etmək üçün siyasi ideya da mövcud deyildi.

Amma 19-cu əsrin axırlarında siona1 qayıdış təfəkkürü Teodor Hertzel (1860-1904) tərəfindən siyasi bir ideya kimi irəli sürüldü və bununla da dünyada sionizm hərəkatının əsası qoyuldu. 1897-ci ildə İsveçrənin Bal şəhərində ilk konfrans təşkil edildikdən sonra bu hərəkat başlandı və bunun ardınca sionist təşkilatı yaradıldı ki, yəhudilərə və’də verilən ərazilərə qayıdışın və müstəqil yəhudi dövlətinin tə’sis olunması üçün lazım olan ilkin işlər görülsün.

Teodor Hertzel israillilərin sionist tədbirlərinin əsası olan “yəhudi dövləti kitabı”nda aşağıdakı üç ilkin fərzi nəzərə almışdır:

1. Dünyanın hər bir yerində yaşayan yəhudilər hansı ölkədə olmaqlarından asılı olmayaraq, ümumi bir milləti təşkil edirlər.

2. Yəhudilər tarix boyu hər bir yerdə əzab-əziyyətlərə mə’ruz qalmışlar.

3. Yəhudilər harada və hansı millətlərin arasında yaşamasından asılı olmayaraq, heç bir xalqa qarışıb onların içərisində assimiliyasiya olmamalıdırlar.

Hertzel bu üç müqəddimə əsasında tövsiyə edib deyir: “Yəhudilər sair millətlərə qarışaraq aradan getməməlidir; yəhudi mədəniyyəti və dinini yaymaq üçün bir mərkəzə ehtiyaclı olduğumuz kimi, yəhudi dövlətimizi yaratmağa da ehtiyac duyuruq ki, dünyanın bütün yəhudiləri orada bir yerə toplaşsınlar. Bu dövlət gərək boş və iddiası olmayan bir yerdə təsis olunsun.” Əlbəttə boş və iddiasız yer deyildikdə, məqsəd bu deyildir ki, yerli əhalisi və sakinləri olmayan bir yer tapılsın. Həqiqətdə bu söz həmin ərazinin yerli əhalisinə e’tinasızlıq və diqqətsizliyin və o dövrə hakim olan istismarçı təfəkkür-tərzinin bəyanedicisi idi. Bu müddəanın şahidi də budur ki, Eynşteyn Vaizmendən2 «Əgər Fələstin yəhudilərə verilsə, ərəblər nə etməlidirlər?» deyə soruşduqda o, belə cavab verir: “Hansı ərəblər? Onlar elə də nəzərə çarpan millət deyillər.”3 Qoldamayr 1969-cu ilin iyun ayının 15-də belə bir e’lan verir: “Fələstin mövcud deyildir; belə təsəvvür olunmasın ki, nə vaxtsa Fələstin xalqı mövcud olmuşdur və biz də gəlib onları buradan qovmuşuq. Onlar ümumiyyətlə mövcud olmamışlar.4

Ümumiyyətlə, sionistlər həmin dövrdən e’tibarən, yəhudilərin dini əqidəsindən istifadə edərək, fələstinlilərin torpaqlarını alıb onları zorla öz doğma yurd-yuvalarından didərgin salmaq, yəhudiləri dünyanın müxtəlif nöqtələrindən oraya yığmaq və onları bu yerlərdə məskunlaşdırmaq planına başladılar. 1917-ci ildə yəhudilərin Fələstinə qayıtmaq haqqını rəsmi şəkildə tanıyan Bill Four bəyannaməsindən sonra yəhudilərə torpaq və məskən verilməsi çox sür’ətlə başlandı. Hegemon dövlətlərin, o cümlədən ingilis və amerikanlıların göstərdiyi yardımlar sayəsində 1948-ci ildə fələstinlilərin işğal olunmuş ərazilərində müstəqil İsrail dövləti tə’sis olundu. O zamandan indiyə qədər həmin üzdəniraq və qondarma dövlət islam dünyasında törənən müsibət və fitnələrin mərkəzi, yaxın şərqdə əmin-amanlığın pozulmasının və qeyri-stabilliyin əsas səbəbkarı olmuşdur.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin