«Yəhudilərdən bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif endir və dillərini əyərək dinə (islama) tə’nə vurmaq məqsədilə (sənə qarşı): «Eşitdik və qəbul etmədik...».1
Başqa bir ayədə buyurulur:
«O özlərinə zülm edənlər onlara deyilən (əmr olunan) sözü dəyişdirdilər («Bizi bağışla» mə’nasında işlədilən «hittə» sözünə gülərək onu «buğda» mə’nasında olan «Hintə» sözü ilə əvəz etilər). Biz də o zalimlərə etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.2
Başqa bir ayədə isə belə buyurulur:
«(Ey mö’minlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər.»3
Digər bir ayədə buyurulur ki, yəhudi alimləri Allahın kitabını öz istədikləri kimi yazırdılar:
«Vay o şəxslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: Bu Allah tərəfindəndir – deyirdilər. Öz əlləri ilə (təhrif olunmuş) kitab yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına.»4
Qur’anın yəhudilər barəsində ifşa etdiyi digər bir gerçəklik də onların Tövratda olan həqiqətləri gizlətməsi və yalnız onun cüz’i bir miqdarını aşkar etməsidir. (Onlar yalnız Əhbarların mənafeyi ilə uyğun gələn hissələri aşkar edirdilər).
Dostları ilə paylaş: |