SUALLAR
1. Məsihilərin əqidəsinə görə həzrət Məsih necə təcəlli tapmışdır?
2. Həzrət Məsih hansı iş üçün təcəlli etmişdir?
3. ”Çal si dun” e’tiqadnaməsinin möhtəvasından nə kimi nəticə alınır?
4. Məsihilərin əqidəsinə görə həzrət İsa (ə) nə üçün dara çəkildi?
5. Fəda əqidəsini necə aydınlaşdırmaq olar?
6. Həzrət Məsih me’rac etdikdən sonra hansı məqama nail oldu?
ƏLLİ BİRİNCİ DƏRS MƏSİHİLİYİN ƏXLAQI
Məsihilik tə’limlərində əxlaqi me’yarlar və onlara riayət edilməsi çox diqqət mərkəzində durur və bu kimi işlərə həddən artıq tövsiyə edilir. Hətta onların müqəddəs kitabı olan İncil əxlaq kitabı, əxlaqi moizələr məcmuəsi adı qazanmışdır. Əxlaqi rəftarlar və sifətlər arasında bir-birinə məhəbbət göstərmək ifrat dərəcədə tə’kid olunmuşdur; belə ki, məsihilik mehr-məhəbbət dini kimi tanınmışdır.
Həzrət Məsih (ə) ilahi bir peyğəmbər ünvanı ilə sair peyğəmbərlər kimi insanlar üçün xeyir-bərəkət mənbəyi olmuşdur. Qur’an-Kərim də o həzrəti bərəkət mənşəyi kimi yad edir və onu inadkarlıq və bədbəxtçilikdən uzaq hesab edərək buyurur:
Dostları ilə paylaş: |