SUALLAR
1. Rahibliyin mənası nədir?
2. Məsihilərin rahibliyə meyl etməsinin səbəbi nədi?
3. Məsihi aləmində rahiblik necə formalaşmışdır?
4. Rahiblik Yepiskopların nüfuz və təsiri altına necə keçdi?
5. Bendiktlər firqəsi necə yaranmışdır?
6. Fransiskənlər və Domenikənlər arasında olan fərqlər nədir?
7. Yezuitlər firqəsi nədir və məsihi aləmində mövqeyi necədir?
ƏLLİ BEŞİNCİ DƏRS MƏSİHİ MƏZHƏBLƏRİ (1)
Məsihilik də sair məktəblər və dinlər kimi əqidə prinsipləri, nəzəri məsələlər barəsində olan çıxarışlar, təhlillər və dəyişikliklər nəticəsində, yaxud əməli üslubların ixtilafı nəticəsində müxtəlif firqə və məzhəblərə bölünmüşdür. Demək olar ki, heç bir din və məktəb bu din qədər firqələrə bölünməmişdir. Çünki məsihiyyət aləmində dini qayda-qanunlar, əqidə və ixtilaflardan əlavə dil, qəbilə, tayfa amilləri, coğrafi və siyasi xüsusiyyətlər də bu prosesin dərinləşməsində mühüm rol oynamışdır. Bu cərəyanlar arasında üç məzhəb - ortodoks, katolik və protestan məzhəbləri digərləri ilə müqayisədə daha artıq əhəmiyyətə malikdir. Onlar əsas etibarilə tarixi və coğrafi cəhətdən, geniş yayılma, ardıcıllarının çoxluğu, məsihiyyət aləmində dini-ictimai və tarixi tə’sir baxımından əhəmiyyət kəsb edirlər. Bu və gələn dərsdə bu üç məzhəbi araşdıracaq, 28-29-cu dərslərdə isə bu üç məzhəbə nisbətən daha az əhəmiyyət kəsb edən sair məsihi firqələrindən danışacağıq. İndi isə bu üç məzhəbin meydana gəlmə səbəblərini araşdırırıq.
Dostları ilə paylaş: |