İbtidai insanlar varlıq aləminin mənşəyi barədə, öz zehinlərindəki təsəvvür və mə`lumat əsasında müxtəlif vəsflər, cürbəcür adlardan istifadə edirdilər. Bununla belə, onların hamısı varlıq aləminin mənşəyinin əzəli, əbədi bir varlıq olması, onun qüdrətinin bütün sirli və qüdrətli ruhların fövqündə olması məsələsində eyni fikirdə olmuşlar. Bu yenilməz varlığın razılıq, diqqət və mərhəmətini cəlb etmək üçün ibtidai insanların əməl, rəftar və qayda-qanunları bu həqiqəti çatdırır ki, əqidələrinə görə, onlar yalnız əzəli bir varlıqla əlaqə yaradıb ona qovuşmaqla həqiqi səadət və xoşbəxtliyə nail ola bilərlər.