14. İXTİYAR VƏ SEÇKİ
İbtidai insanların fikrincə varlığın həqiqətləri və özü, əşyalar, insanların bütün əməl və davranışları iki qrupa bölünür:
1. Müqəddəs (sakrəh);
2. Qeyri-müqəddəs (profan).
Onların əqidəsinə görə bir nəfər qeyri-müqəddəs – profan əşya və rəftarı müqəddəsləşdirmək istəsəydi, prinsipcə müqəddəs olan varlıqlara pənah aparmalı idı. Bu varlıqlara qovuşub onlarla vəhdət təşkil etməklə qeyri-müqəddəs profanın müqəddəs olan sakrəhə çevrilməsinə imkan yaranırdı. Bunun əksinə olaraq bir şəxs müqəddəs varlıqlara hörmətsizlik etsəydi, onun ruhu murdarlanardı və həmin şəxs bu bəhsin beşinci bölməsində göstərilmiş paklaşma, və saflaşdırılma metodlarından biri ilə özünü paklamalı idi. Bu e`tiqadlar toplusundan belə nəticə çıxır ki, ibtidai insanlar həm özləri, həm də başqaları üçün seçki və ixtiyara yer qoymuş, öz talelərini əvvəlcədən tə`yin olunmuş və dəyişilməz bir təqdir hesab etməmişlər.
Dostları ilə paylaş: |