SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə44/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   40   41   42   43   44   45   46   47   ...   260
2. Kollektiv mə`budlar;

Veda ayinində bu allahların özləri də üç qrupa bölünürlər:



1. Vasular; (ne`mət, sağlamlıq və firavanlıq bəxş edən mə`budlar). Onların sayı səkkiz olmaqla aşağıdakılardan ibarətdir:

Od, torpaq, külək, hava, səma, ay, günəş və ulduzlar. Vedalıların e`tiqadına görə üzərində Aqninin yerləşdiyi yer, həyatın əsası olan küləyin də fəza, əqlin əsas iqamətgahı olan səma və əbədi həyatın əsası olan ulduzların sintezi ümumilikdə təbii həyatın əsasını təşkil edirlər. Əslində bu səkkiz ünsür varlıq, ne`mət və firavanlıq allahları sayılırlar.



2.  Marutlar; Marutların sayı mə`lum olmasada kollektiv, mütəşəkkil bir-biri ilə qardaş, yaşıd və həmrəy, birlikdə böyümüş tə`siri bağışlayırlar. Marutların ildırımla bağlılıqları var və günəş kimi parlaqdırlar. Onlar ildırıma bağlılıqlarına və müharibələrdə İndraya kömək etdiklərinə görə onun səmimi dostları sayılırlar. “Marut” sözünün leksik mə`nası bir o qədər də aydın deyildir. “Mar” ölmək, “ut” şəkilçisi isə ola bilər ki, əbədilik və ölməzlik mə`nasını ifadə edir.

3. Aditiyalar; Bu allahların sayının 6, 8 və bə`zən də 12 olması məsələsində fikir ayrılığı var. Adityalar səmadadırlar və təbiət ünsürləri üzərində hökmranlıq edirlər. “Aditya” ilahəsinin övladları, yə`ni mə`budlar anasının övladları olan onlar parlaqlıq, paklıq, varlıq aləmini idarə etmək kimi sifətləri daşıyırlar.

Qeyd olunanlar elə “Varuna”nın da malik olduğu sifətlərdir. Bu sifətlərin ortaqlığı Adityaların Varuna ilə əlaqəli olmasının bir sübutudur.


3. Monoteizm.

Son Veda nəğmələrində digər allahları öz kölgəsi altına alan, vahid və müstəqil bir şəkildə təzahür edən vahid allah təqdim olunur. Yaradıcılıq və dünyanı xəlq etmək kimi xüsusiyyətlər ona aid olunur. Bu yeganə mə`bud “Vişvakarma”, yaxud “Puruşa” adlandırılır. “Vişva” hər bir şey, “Karma” isə yaradan mə`nasını verir. Bu iki söz birlikdə bütün məxluqatı yaradan mə`nasını ifadə edir. Vişvakarma hər bir şeyi görən, yeri-göyü və ayı yaradan, dünyanı nizamlayan, bütün canlı varlıqları və insan qövmlərini idarə edəndir.

Bu mətləblər Veda ayininin iki əsas – çoxallahlıq və təkallahlıq üzərində qurulduğunu göstərir. Diqqətəlayiq məqam budur ki, prinsipcə Veda ayini tovhid, monoteizm, varlığın yeganə yaradıcısına inama əsaslanır. E`tiraf etmək lazımdır ki, bu ayinin ardıcılları tərəfindən tək tanrı üçün müxtəlif sahə və aspektlərdə sadalanan çoxsaylı simvol və atributlarda hədsiz dərəcədə mübaliğəyə yol verilmişdir. Bu isə ilk baxışda hər bir tədqiqatçıda belə bir fikir yaradır ki, təsəvvürə sığmayan bu xüsusiyyətlər tədricən veda ardıcıllarında bu atributların hər birinin müstəqil tə`sir qüvvəsinə inanaraq və nəticədə bu allahlara sitayiş edərək ehtiyaclarını onlardan diləmək kimi azğın fikirlərin yaranmasına səbəb olmuşdur.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin