SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə5/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   2   3   4   5   6   7   8   9   ...   260

1. CƏHALƏT NƏZƏRİYYƏSİ:


Bu fikri irəli sürənlər sübut etmək istəyirlər ki, daim arayıb-axtaran insan ruhu hadisələrin səbəbini axtarıb - həmən hadisənin səbəbini tapmaqda aciz qaldıqda, onlar üçün qeyri-adi səbəblər təsəvvür etməyə başlamışdır. Misal üçün, ildırımın nə olduğunu bilmədiyi üçün onu allahların qəzəbi kimi başa düşmüşdür, yaxud ağcaqanad vasitəsi ilə yayılan malariya xəstəliyinin səbəbindən xəbərsiz olduğu üçün, belə bir e`tiqada malik idi ki, hər kim gölməçənin yanında yatsa - orada yaşayan cinlər onun başına yığışaraq xəstəliyə duçar edəcək. Məşhur tarixçi Vil Dorant bu barədə deyir: - Təsadüfən yaranan, yaxud insanın, səbəblərini aşkar edə bilmədiyi hadisələrdən doğan təəccüb hissi dini e`tiqadların meydana gəlməsinə səbəb olan amillərdəndir.”

Samuel Kinq isə deyir: “ - Elmi inkişaflar sayəsində təbii sirlərin bir çoxunun aydınlaşmasına baxmayaraq, bu amillərdən bə`ziləri elmi izahlar çərçivəsindən xaricdə qalmışdır; bu amillərin dərk olunma və onlarla uyğunlaşmaq zərurəti dinin yaranmasına səbəb olmuşdur.”

Bu nəzəriyyənin cavabında qeyd etmək lazımdır ki, Devid Hiyum, Aqost Kent və Eynşteyn kimi qərb alimləri tərəfindən irəli sürülən bu fərziyyənin bir neçə əsaslı iradı vardır:

1. Bu nəzəriyyə, səbəbləri mə’lum olmayan qeyri-təbii və təsadüfi hadisələr əsasındadır. Halbuki qədim zamanlardan indiyə qədər ilahiyyatçı filosofların əsaslanaraq istinad etdikləri sübutların ən mühümü “nəzm bürhanıdır”. Din alimləri həmişə insanları kainatda mövcud olan nəzm və harmoniya dəlili, eləcə də varlıq aləminə hakim kəsilən dəqiq və heyrətamiz səbəb-nəticə qanunu əsasında təbiətin fövqündə dayanan həqiqətlərə və Allaha doğru hidayət etmişlər.

Bu nəzəriyyənin başqa bir nöqsanı budur ki, burada maddi səbəblərlə Allah arasında bir növ qarşıdurma irəli sürülmüşdür; bu fikrə əsasən hər bir varlığın maddi və vahid bir səbəbi vardır ki, kəşf edildikdə və ya mə’lum olduqda, artıq o hadisə Allaha aid edilməyəcəkdir. Guya insan, yalnız hər hansı bir şeyin maddi səbəbini tapa bilməsə, onu Allaha və təbiətin fövqündə dayanan metafizik səbəblərə aid edir. Halbuki məsələ belə deyildir; dindar bir insan heç vaxt maddi işlərin axarında olan təbii qanunauyğunluqları və hadisələrin yaranma səbəbini inkar etməmişdir. Dini nöqteyi-nəzərdən Allah-Təala varlıq aləmində olan bütün səbəblərin əsl səbəbkarıdır.1 Deməli, varlıqların və hadisələrin maddi səbəbləri ilə, onların yaradılışının əsil səbəbi - yə`ni Allah - arasında heç bir qarşıdurma mövcud deyildir.

3. Bu nəzəriyyədə bir sıra xurafatçı və əsassız e`tiqadlara istinad olunmuşdur ki, adətən savadsız insanlar onlara e`tiqad bəsləyirlər; ilahi dinlərin baniləri və alimlər arasında dini inancların yaranması barədə qeyd olunan həmin e`tiqadlara rast gəlmək olmaz.

4. Dini əqidələrin yaranmasını bəşəriyyətin cəhalət və mə’lumatsızlığı ilə əlaqələndirən alimlərin müqabilində alimlərin böyük bir dəstəsinin əqidəsi belədir ki, onların elmi tədqiqatları artdıqca, varlıq aləmində son dərəcə ali bir səbəbin varlığına qarşı olan iman və e`tiqadı da artmışdır. Misal üçün, Funtetel, Burlishaman, Montnel, Herşel, Ədvinfəst, Kepler, Çestrreks, Buhler, Vinçester və s. alimlər bu qəbildəndir. Məşhur bioloq Vinçester bu barədə deyir: - Elm insanın bəsirətini və dünyagörüşünü artırır, şəxs öz Allahını daha yaxşı tanıyır, Onun əzəmət və qüdrətini daha yaxşı dərk edir. Elm aləmində baş verən hər bir yeni kəşf imanın dərəcəsini yüz dəfələrlə artırır; bizim inanclarımızın batinində yerləşən son vəsvəsələrin və şirkin səbəblərini aradan qaldırır, onun yerini yüksək ilahiyyat və tovhid fikirləri əvəz edir.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin