SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə54/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   50   51   52   53   54   55   56   57   ...   260

2. ATMƏN


Atmən təkcə insanın düşünüb-daşınan ruhu, zehni-düşüncəsi deyil (brahmanın simvolu), eynilə brahmanın özüdür. Bu əqidəyə əsasən brahma ilə atmən arasında ortaq şəxsiyyət və tam vəhdət vardır. Bütün nəfslər - insani nəfs və ya heyvanların, həşəratın və bitkilərin ruhu, hər canlı varlığın nəfsi olmasından asılı olmayaraq – özlərinin bütün formaları ilə birgə başqa bir şey deyil, məhz brahmanın özündən ibarətdir.

Upanişad bu barədə belə deyir: “ - Brahmanın zühur və təcəllisi, hər bir şeyin ruhu məhz sənin ruhundur. Sonra deyilir: “ - Onun yerlərdə, sularda, odda, havada, zəif küləkdə, səmada, günəşdə, fələkin dörd bir tərəfində, ulduzlarda və ayda, zülmətdə və nurda olan hər bir şeylə birgə, eyni zamanda hər bir şeydən fərqlidir... O kəs ki, daxildən hər bir şeyin ixtiyarını ələ alıbdır. O sənin ruhundur. Əbədi və batini bir nəzarətçi. O kəs ki, tənəffüsdə, danışıqda, gözdə, qulaqda, beyində, dəridə və idrakda yeri vardır və bununla belə, özü idrakdan deyildir. O görünməyən göz, eşidilməyən qulaq, düşüncənin zatına yol tapmadığı bir mütəfəkkir, fəhmin əlinin yetmədiyi başa düşəndir. Bütün bunlarla belə, gözə görünməz, eşidilməzdərk olunmazdır... O sənin ruhundur: batini və daimi bir nəzarətçi!”

Bu ifadələrdən belə mə`lum olur ki, atmən-brahman dini nöqteyi-nəzərdən bütün varlıqların müştərək ruhu sayılır. Ruh dedikdə, göz önündə insan ruhu canlansa da, diqqət yetirmək lazımdır ki, su, od, hava, səma, günəş və s. barəsində də həmin ifadə, yə`ni “sənin ruhun” sözü işlədilmişdir.

Başqa sözlə, brahman ayinində insanlar üçün xüsusi bir ruh nəzərdə tutulmuşdur və ona atmən deyilir. Həmçinin bu dində atmənlə tam vəhdətdə olan kainatın ruhu, və ya “dünyanın canı” da mövcuddur. Upanişadlarda sonuncu mə`na sanskrit dilində “tet tom isi” kimi verilmişdir ki, bu da “sən odsan” deməkdir.

Atmən ilə brahman arasında müəyyən mə`nada ayrılmaz birlik vardır və onun müddəalarına görə bu iki varlıq müqəddəs nəfs və əbədi həqiqətdən ibarətdir. Brahman-atmən yozumu bu vəhdətin isbatı ola bilər. Upanişadda yuxarıdakı ifadə barədə belə oxuyuruq:

- Mənim qəlbimin daxilində olan ruh - düyü dənəsindən, yaxud buğda dənəsindən, yaxud xardal dənəsindən, yaxud ərzən dənəsindən, yaxud ərzən dənəsinin məğzindən daha kiçikdir. Qəlbimin içindəki ruh yerdən-göydən böyük, səmadan və bütün dünyadan əzəmətlidir. Bu mənim qəlbimin daxilində olan brahmadır!”

Brahman ayininin yuxarıda qeyd olunan fəlsəfəsi əsasları üzərində tədqiqat aparan alimlər brahmanla atmən arasında vəhdəti-vücudun olmasını bəyan etdikdən sonra, irfan sahəsinə daxil olaraq bu ayinin ardıcıllarına tövsiyə etmişlər ki, nəfsi kamilləşdirmək üçün nirvana - fəna mərhələsinə keçsinlər. Yə`ni, insanın ruhu dünyəvi ruhla vəhdət təşkil edib qovuşma mərhələsinə çatdıqdan, brahma ilə birləşdikdən sonra bu vüsalın özündən agah olur; bu birlik və agahlığın özü də onun daxilində bir növ cazibə, coşqunluq və məftunluq yaradır. Ondan sonra insan yəqin mərhələsinə çatdığı üçün təsvirəgəlməz səadət və ləzzətə nail olur. Sözlər və ifadələr onun həqiqi mə`nasını şərh etməkdə acizdir, əql onu dərk edə bilmir. Artıq bundan sonra arif şəxs brahmaya qovuşmuş hesab olunur və eyni halda onu mütləq sükunət və nəzarət bürüyür. Yəqin gözü ilə özünün brahma ilə olan ruhani vəhdətini hiss edir. Belə ki, öz ətrafında mövcud olan və hiss olunan əşyaları başqa bir şey kimi deyil, vahid bir vücuda malik olan halda görür. Arif insan bu halətdə özünü hər biri vahid və əzəli varlığın ayrı-ayrı təzahürləri olmalarına baxmayaraq onun yanında olan ağacla bir görür. Brahman dinində varlıqlar brahmanla vəhdətdə olmaqla eyni zamanda brahmandan ayrılır və seçilir. Zahirdə bütün aləm çoxluqlardan təşkil olunmuşdur, gerçəkdə isə belə deyildir. Çoxluqlar varlıq aləminin bəsit və fərdi həqiqətindən ayrılıq və əksliklərin təzahürləridir. Buna görə də öz özlüyündə nöqsana, şərlərin meydana gəlməsinə və kamaldan uzaq düşməsinə səbəb olurlar. Əgər bu müxtəliflik və çoxluq olmasaydı əzab-əziyyətin, çətinlik və kədərin mə`nası olmaz, aradan gedərdilər. Buna görə də insan fəna mərhələsinə yetişdikdə çoxluqdan yaxa qurtardıqda qurtuluş, səadət, xoşbəxtlik və kamala çatmaq hissi keçirir.

Brahmanların e`tiqadına görə atmən (yə`ni, varlığın ruhu və məğzi, insani mahiyyəti və batini) əzəli və əbədidir. Yaradılış və xilqətin bir dövrünə şamil edilən dünya dövranlarından hər biri (brahmanlar ona karpa deyirlər) bir gün sona çatacaqdır. Həmin gün bütün varlıqların ruhu öz cəsədlərindən ayrılacaq, asılı və sükunətdə olacaqlar. Uzun bir müddəti qət etdikdən sonra “pralaya” adlandırılan sükunət, yoxluq başa çatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş aləm təzədən yaranacaqdır. Bu zaman ruhlar ətalət və donuqluq vəziyyətindən çıxacaq, yenidən hərəkətə, canlanmaya gələcəklər. Bütün kainat - bitkilər, canlılar, insanlar, şeytanlar və mə`budların hamısı - yeni bədənlərdə öz həyatına başlayacaqlar. İctimai sinif və təbəqələr yenidən təşəkkül tapacaq və yeni karpa başlanacaqdır. Bu dövr də özünün yekun nöqtəsinə doğru hərəkət edəcəkdir. Beləliklə, dünyanın mövcudluq tarixi əzəli, əbədi şəkildə yeniləşmə və təkrarlanmaqdadır.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin