SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə62/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   58   59   60   61   62   63   64   65   ...   260

MƏ`BUDA E`TİQAD


Kasta sinfi quruluşunu və xüsusilə də brahmanların üstünlüyünün ləğvi brahman mə’budlarına e’tiqad məsələsi caynizm tərəfindən aradan götürüldü. Belə ki, bu caynizmin ardıcıllarının inancına görə Allaha və mə’buda e’tiqad bəslənilməsi brahmanlardan və yaxud kahinlərdən olan yeni təbəqəni rəsmi olaraq qəbul etmək, camaatla mə’budlar arasında bir vasitə olduqlarına görə onlara ehtiram qoymağı tələb edir. Buna görə də onlar belə bir üstünlük və hökmranlığın yaranmasının qarşısını almaq üçün mə’budlara e’tiqad prinsipini tamamilə aradan götürdülər.

Mə’budlara e’tiqadın rədd olunması bir tərəfdən ibadət, dua və qurbanlığa riayət olunmamasına, digər tərəfdən isə brahmanların imtiyazının aradan qaldırılmasına səbəb olurdu. Çünki onlara göstərilən ehtiram və imtiyazları əsas e’tibarı ilə camaatla mə’budlar arasında vasitə olduqlarına görə idi. Caynizmin ardıcılları bu e’tiqadı inkar etməklə həmin vasitəçiliyi də rədd etmiş olurdular. Nəticədə onların nəzərində qədim dövrlərdən hindusların arasında və hinduizm məktəbində mövcud olan brahman ruhani təbəqəsinin imtiyaz və nüfuzu da aradan götürülmüş olurdu. Bütün bunlara baxmayaraq caynizmə tarixi aspektdən nəzər saldıqda bu kimi e`tiqad və yanaşma tərzi yalnız nəzəriyyə olaraq qalmış, bu dinin ardıcılları əməli olaraq həmin ideyaların əksinə hərəkət etmişlər. Bu mətləbi daha ətraflı izah etmək üçün bir neçə məqama diqqət yetirmək lazımdır:

1. Caynizm ardıcıllarının Mahaviraya bəslədikləri hörmət və məhəbbət tədricən onun şəxsiyyətini təriqət başçısı, qəhrəman fatehlikdən ilahilik məqamına qədər yüksələcək bir şəkil aldı. Belə ki, onu əbədiyyət, tükənməzlik, mütləqiyyət və sonsuzluq kimi sifət və xüsusiyyətlərlə xarakterizə etdilər (ötən dərsdə müqəddəs kitablardan mövzular nəql olunmuşdu) və Mahavira get-gedə bir mə’bud kimi öz ardıcılları tərəfindən sitayiş olunmağa başlandı. İş o yerə çatdı ki, bə’zən bu ayindən ayrılan firqələr arasında Mahaviranın heykəl və bütlərini bütün ömrü boyu yaşadığı çılpaq şəkildə hazırlamaq və ya onun bədənini sadə və ağ bir paltara bürünmüş halda təcəssüm etdirmək üstündə ixtilaf düşürdü.

2. Keçən dərsdən göründüyü kimi 23-cü cayn, yə’ni Barsəvanas öz ardıcıllarını “ümumi” və “xüsusi” olmaqla iki dəstəyə bölmüşdür. Belə bölgü sonralar da qalmışdı. Hətta ümumi dəstədən olanların əsas vəzifəsi xüsusi təbəqədən olanların, yə’ni rahib və mürtazların ehtiyaclarını tə’min etməkdən ibarət olmuşdur. Ümumi dəstədən olanlar inanırdılar ki, bu yolla nicat və qurtuluşa nail olacaqlar. Göründüyü kimi caynizmin hakim olduğu cəmiyyət əslində iki təbəqəyə - ümumi və xüsusi siniflərin şamil edildiyi təbəqələşmiş cəmiyyətə çevirmiş və bu təbəqələşmənin özünü də “xüsusilər” sinfinin imtiyazları yaratmışdır.

3. Caynizm ayininin əməli prinsiplərindən biri də dinclik, kompromis, kobud rəftar edib bir başqasına - hətta heyvanlara, kiçik canlılara və həşaratlara - əziyyət verməməkdir. Bu prinsip ona səbəb oldu ki, ilk növbədə caynizmin tərəfdarları brahmanizmin ardıcılları ilə dinc yanaşı yaşayışlarını sübut etmək üçün brahman mə’budlarını qəbul edərək onlara ehtiramla yanaşdılar. Çünki, əks təqdirdə təəssübkeş brahmanlara qarşı kobudluq və zorakılıq yolunu tutmalı idilər. Bu məsələ tədricən əsaslı və ideoloji məsələ halını aldı və mə’budlar caynizm ardıcılları tərəfindən hörmətli, müqəddəs sayıldılar. İkincisi, caynizm ardıcılları kasta sinifli cəmiyyətində yaşadıqlarına görə bu sinifli cəmiyyəti qəbul edərək onunla razılaşdılar. Onlar sinfi cəmiyyətə hakim olan dəyərləri inkar etdiklərinə görə brahman ayininin ardıcılları tərəfindən təzyiqə mə’ruz qalmamaq üçün belə bir təbəqələşməni qəbul etdilər.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin