SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə63/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   59   60   61   62   63   64   65   66   ...   260

CİVA VƏ ACİVA


Caynizm ardıcıllarının inancına görə varlıq aləmi iki növ reallıqdan təşkil olunmuşdur:

1.Ruhi subyektlər, yaxud civa adlanan ruh;

2.Maddə və onun aciva adlanan bütün formaları.

Civa və acivanın hər ikisi əbədi və əzəlidir, məhv və puç olmurlar. Onlar heç vaxt yaranmamışlar və məhv olmayacaqlar. Dünya acivanın tələsində əziyyət çəkən civalardan təşkil olunmuşdur. Caynizm e’tiqadına uyğun olaraq, civa və acivadan təşkil olunan təkcə insan deyildir, civa bütün varlıqlar, o cümlədən heyvanlar və cansız varlıqların tərkib hissəsidir. Orijinallıq və ilkinliyin civaya verilməsinə baxmayaraq o, həmişə acivanın çəngindədir. Civa və aciva arasında istənilən təmas civanın əzab-əziyyətinə səbəb olur. Buna görə də dünyadakı bütün mövcudat müəyyən mə`nada əzabvericidir. Bu əzablardan qurtarmaq üçün insana xas xüsusiyyətlərdən xilas olaraq varlığın sifətlərindən tam uzaqlaşmaqdan başqa yol yoxdur. Əks təqdirdə, maddi aləmə-zaman-məkana bağlılıq və mövcudluğu bildirimək əzab-əziyyət gətirəcəkdir. Beləliklə, Mahaviranın öz ardıcıllarına tövsiyə etdiyi çox çətin və asketik əxlaqi prinsiplər insani civanın acivanın bənd və zəncirlərdən xilas olmasına, daha sonra isə qurtuluş və nicat tapmasına yönəlmişdir.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin