SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


 İQTİSADİ AMİL NƏZƏRİYYƏSİ



Yüklə 3,53 Mb.
səhifə9/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   5   6   7   8   9   10   11   12   ...   260

4. İQTİSADİ AMİL NƏZƏRİYYƏSİ:


Bu nəzəriyyə marksizm ideologiyasında irəli sürülmüşdür. Marksizm ictimaiyyət tarixində və cəmiyyətdə baş verən bütün dəyişiklikləri iqtisadi zərurətlərdən doğan bir nəticə hesab edir. Bu ideologiyaya görə bəşəriyyət tarixi həqiqətdə sinfi mübarizələr tarixindən ibarətdir ki, onlar da hər bir dövrdə və istehsal əlaqələrini və münasibətləri nəticəsində meydana gəlmişdir. Marks və Engels deyir: - İndiyənədək mövcud olan ictimai tarix bütünlüklə sinfi mübarizələr tarixindən ibarətdir. Ağalar və qullar, feodallar və kəndlilər, burjuaziya və fəhlə sinfi və ümumiyyətlə istismar edən və istismar olunan siniflər daim bir-biri ilə ziddiyyətdə olmuş, sonu görünməyən çəkişmələrlə bə`zən gizlin, bə`zən də aşkar şəkildə mübarizə apararaq öz həyatlarını davam etdirmişlər; bu qarşıdurmalar bə`zən ictimaiyyətdə inqilabi dəyişikliklərlə nəticələnmiş, bə`zən də mübarizə aparan siniflərin hər ikisinin məhv olması ilə sona çatmışdır.”

Bu nəzəriyyəyə əsasən, ictimai dəyişikliklərin əsas amili sinfi ziddiyyətlər və bu zəmində aparılan mübarizələrdir. İctimai təbəqələşmənin özü də bir növ istehsal münasibətlərindən irəli gəlir. Əmək alətlərinin inkişafı nəticəsində istehsal münasibətlərində dəyişikliklər yaranır və bunun ardınca da tarixi zərurət olaraq ictimai dəyişikliklər prosesi başlanır. Marksizm nəzəriyyəsinə görə iqtisadiyyat cəmiyyətin bazisini təşkil edir; din, məzhəb və bu kimi ictimai dayaqlar da üst qurum hesab olunur. Aydındır ki, hər bir cəmiyyətin üst qurumu hakim təbəqənin mənafeyi əsasında formalaşır. Din də varlı sinfin mənafeyini qorumaq üçün hakim təbəqə tərəfindən icad edilir. Bu yolla bir növ istismarçı qüvvələrin istismar olunan təbəqə üzərindəki hakimiyyətinə zəmanət verilir və cəmiyyətdə əzilən kütlənin e`tirazına son qoyulur. Lenin bu barədə deyir: - Din daima başqaları üçün çalışıb əziyyət çəkən, yoxsulluq içərisində yaşayıb istismar olunan təbəqəyə qarşı həyata keçirilən psixoloji tə`sirlərin bir formasıdır.” Konfurs deyir: - Din, xəyali təsəvvürlərdən ibarət olduğuna və hakim təbəqə vasitəsilə xalq kütlələrini aldatmaq məqsədi ilə yayıldığına görə məhkum olunmuşdur. Bununla belə, din xalq kütlələrinin itaəti və zülmə dözməsi üçün bir vasitə olaraq yaradılmamışdır, bu inanclar xalqın öz içərisindən qalxmışdır. Amma buna baxmayaraq, həmin əqidələr istismarçı qüvvələrin mənafeyini himayə etməkdə bir növ vasitə, başqa insanlara qarşı vəhşilik hissini aşılamaqda və bu əmələ bəraət qazandırmaqda bir alət olduğu üçün məhkum olunmuşdur.”

Marksizm nəzəriyyəsinin din barəsində olan mövqeyi belədir ki, din xalq kütlələri üçün bir növ tiryək və narkotikdır.

Marksizmin dinə yönəlmə haqda söylədiyi nəzəriyyəyə bir neçə irad tutulmuşdur. O cümlədən:

1. Əgər dinin iqtisadi maraqlarla bağlı olduğunu qəbul etsək, hasil olan ən böyük nəticə bu olacaq ki, varlı sinif yoxsul təbəqə üzərində olan istismarçılıq siyasətlərini möhkəmləndirmək üçün din və imandan sui-istifadə etmişlər. Bu o demək deyil ki, dini hakim sinif icad etmişdir. Konfursun sözlərində də dinin xalq kütlələrinin arasından qalxdığı göstərilir. Buna əsasən də yalnız belə iddia oluna bilər ki, din iqtisadi amillər deyil, başqa səbəblər əsasında xalq arasında meydana gəlmişdir. Amma hakim sinif aldatmaq və təhrif etməklə bu dini e`tiqadlardan öz mənafeyini qorumaq, cəmiyyətin aşağı təbəqələri üzərində olan hakimiyyətlərini davam etdirmək üçün sui-istifadə etmişlər. Əlbəttə, bu sözdə müəyyən mə`nada həqiqət vardır; unutmaq olmaz ki, tarix boyu dəfələrlə hakim siniflər dindən öz hakimiyyət və istismarçı siyasətlərini qüvvətləndirmək üçün bir vasitə kimi faydalanmışlar. Amma bu kimi sui-istifadələri bəşər cəmiyyətlərində dinə yönəlmənin və dini formalaşmanın əsas amili hesab etmək olmaz.

2. Marksizm nəzəriyyəsində ictimai tarix beş mərhələyə bölünür ki, onun ilkin mərhələsi ibtidai icma quruluşu adlanır; bu quruluşda heç bir ictimai təbəqə və sinif mövcud olmamışdır. Belə bir sual yaranır ki, əgər din sinfi ziddiyyətlərdən doğan qarşıdurmanın nəticəsidirsə, onda ibtidai icma quruluşu dövründə dinə yönəlməni necə izah etmək olar?

Bütün bəşər tarixini tədqiq edən tədqiqatçıların fikrinə görə insanlar həyatın ilk mərhələlərindən başlayaraq, müəyyən yollarla təbiətin fövqündə dayanan həqiqətlərə əqidə bəsləmişlər; bu barədə kifayət qədər tarixi sübutlar da mövcuddur. Bu halda görəsən marksistlər belə bir e`tiqadın ictimai təbəqələşmədən meydana gəlmədiyini necə əsaslandırırlar?! Onların öz e`tiqadına görə ibtidai icma quruluşunda insanlar arasında heç bir çəkişmə və ziddiyyət olmamışdır; çünki istehsal vasitələri hansısa bir qrupun ixtiyarında deyildi.

3. Tarix açıq-aşkar sübut edir ki, yüksək rifahda və firavanlıqda yaşayan bir çox şəxslər də dinə üz tutmuşlar. Əgər dini hakim sinfin quraşdırdığı bir şey və istismar olunan təbəqəni itaətə vadar etmək vasitəsi hesab etsək, bu kimi meyllər necə izah oluna bilər?

4. Bəşər tarixində istismarçıların və hakim sinfin dindən sui-istifadə etməsi faktı qəbul olunası bir məsələdir. Amma bu məsələni ümumi bir qayda olaraq bütün zamanlarda olan dinlərə aid etmək olmaz. Çünki əvvəla, peyğəmbərlərin özləri də istismarçılar, zalımlar və hakimlər əleyhinə ciddi mübarizələr aparmışlar; ikincisi, mö`minlərin zülm və ədalətsizliklə mübarizə aparması və istismarçıların aldatmalarının müqabilində ayıq-sayıq olması üçün peyğəmbərlər tərəfindən bir çox tə`limlər gətirilmişdir ki, onları marksizm nəzəriyyəsi əsasında izah etmək mümkün deyildir.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin