SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə97/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   93   94   95   96   97   98   99   100   ...   260

3. MƏ`BƏDLƏR


Hindistanda çoxlu mə’bəd və ziyarətgahlar var. Bunun səbəbi əslində hinduizm e`tiqadlarında saysız-hesabsız mə’budların olması və ilahi təzahürlərin çoxluğudur. Varlıq aləminin təzahürlərindən hər birinin xüsusi bir mə’budu olduğu halda təbiidir ki, bütün təbiət aləmində və insan cəmiyyətində saysız-hesabsız mə’budların şahidi olacağıq. Hindistanda əvvəllər dua, ibadət mərasiminin yerinə yetirilməsi üçün tikilən və hindusların dini mərasimləri üçün toplantı yeri olan mə’bədlərdən əlavə, camaatın e’tiqadına əsasən mə’budların təcəlli və zühur yeri, yaxud onlardan birinin diqqət yetirdiyi məkan olan çoxsaylı ziyarətgahlar da vardır. Bu ziyarətgahlar şəhərin, kəndin, dağların içində, çeşmələrin kənarında, çayların sahilində, çöldə, səhrada və bir sözlə hər bir yerdə tikilə bilər. Əgər bir şəxs - Bu ziyarətgahlar nədir?” deyə soruşarsa, güman ki, ona “ - Mə’budlardan hansı birisə xüsusi bir zamanda və xüsusi bir məqsədlə burada təcəlli etmiş, yaxud “ - Bu yerdə onun hansısa bir mö’cüzə və ya kəraməti olmuşdur” deyə cavab veriləcəkdir. Hindus tarixi əfsanələrində çayın burulduğu hər bir yer, hər bir dağın zirvə və qabarıqlığına aid hekayə var və bu hekayənin məzmunu orada Şiva və Şaktinin zahir olması, yaxud Rama ya Krişnanın mö`cüzə, kəramət göstərməsindən ibarətdir. Mö’min və e’tiqadlı hindusların nəzərində saleh əməllərdən və bəyənilən ibadətlərdən biri də çayın mənbəyindən sağ tərəfin kənarında su ilə eyni axarda hərəkət edərək bu işi çayın dənizə qovuşduğu yerə qədər davam etməkdir. Daha sonra həmin yolu çayın sol tərəfindən geri qayıdaraq bu əməli ibadət və dərgaha yaxınlaşmaq məqsədi ilə yerinə yetirsinlər. Yol boyunca hər hansı bir mə’bədlə qarşılaşsalar dayanıb orada zikr-dua etməli, müqəddəs kitabları oxuyub özləri üçün savab ehtiyatı toplamalıdırlar. Eyni zamanda, ziyarətgahlardan bə’ziləri hinduslar üçün xüsusi e`timada layiqdirlər. Belə ki, ehtiyacı olan insanlar hər il ziyarət məqsədi ilə uzaq-yaxın şəhərlərdən oraya axışırlar. Əlbəttə, yol boyu bir çox ziyarətgahlara da baş çəkib ibadət edirlər. Qeyd etmək lazımdır ki, bu ibadətgahların heç də hamısında ibadət etmək hinduslara müyəssər olmur.

Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin