SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə98/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   94   95   96   97   98   99   100   101   ...   260

4. QANQA ÇAYI


Qanq çayı hindusların e’tiqadına görə Şiva, Rama, Krişna, yaxud hər hansı hindus mə’budlarından birinin zühur və təcəlli yeri sayılan çaylardan daha müqəddəs və əhəmiyyətlidir. Hindusların dini əfsanələrində nəql olunur ki, “ana” da adlandırılan Qanqa çayı səmada Vişnunun ayağından qaynaqlanmışdır. Sonra Şivanın başının ortasına enmiş, onun saçlarından axmış və başdan-başa Hindistan torpaqlarına yayılmışdır. Bu çay Himalay dağları arasında, hindusların ən mühüm ibadət mərkəzlərindən sayılan Hardvar adlı yerdən qaynaqlanır. Mö’min, xəstə və ehtiyacı olanların öz diləklərini diləmələri, xəstəlikdən şəfa tapmaları və günahlardan təmizlənmələri üçün özlərini çayın suyu ilə yumaları məqsədilə bu yerdə, çayın hər iki sahilində yüzlərlə hamam tikilmişdir.

Cəmna və Qanqa çaylarının qovuşduğu yer də hindusların müqəddəs məkanlarından sayılır. Bu məkanda bir zaman hinduslar üçün müqəddəs sayılmış, indi isə qurumuş Səlsuti çayı da Cəmna və Qanqa birləsirdi. Çayların qovuşduğu bu yerdə hal-hazırda tarixi Allahabad şəhəri salınmışdır və bu yer hər il milyonlarla hindus ziyarətçini qoynuna alır. Onlar Məla adlanan böyük toplantıda bir yerə yığışaraq dini ibadət və ayinləri birlikdə yerinə yetirirlər. Qanqa çayının Benqal körfəzindəki qolu digər mühüm və müqəddəs məkanlardan sayılır. Bu çayın deltasında yerləşən Suqur adası da hər ilin ilk günündə minlərlə hindusun qüsl, ziyarət və ibadət əməllərinin yerinə yetirdiyi məkanlara çevrilir. Qanqa çayının sahilində yerləşən Benares şəhəri də hindusların müqəddəs məkanlarındandır və hər il saysız-hesabsız ziyarətçi Qanqa çayında qüsl etmək məqsədi ilə Hindistanın hər bir yerindən ora tələsirlər. Hinduslar inanırlar ki, bu məkanda qüsl etmək onları bütün günahlardan təmizləyir. Buna görə də, çayın sahilində zəvvarların qüsl verməsi üçün “qat” adlanan çoxsaylı yerlər inşa olunmuşdur. Hinduslar ziyarət mövsümündə Qanqa çayının sahilində vəfat edənlərə, xüsusilə də ölüm anında ayaqları suda olana daha çox səadət və xoşbəxtliyin nəsib olduğuna inanırlar. Onların e’tiqadına görə belə bir şəxsin ruhu asimana gedir və Şivanın qonşuluğunda əbədi şadlıqda həyat sürür.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin