SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə100/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   96   97   98   99   100   101   102   103   ...   260

6. İNƏYİN HÖRMƏTİ


Hinduslar inanırlar ki, yaranışın ilk dövrlərində insanla heyvan arasında heç bir ayrılıq və uçurum olmamışdır. Buna görə də, onlar insanla heyvan arasında sair heyvanların insandan yarandığını göstərən təkvini əlaqənin olduğunu təsəvvür edirdilər. Bu e’tiqada əsasən insanla heyvanın ruhu əslində birdir və onların ruhları həmişə bir-birinə keçir. Heyvanların rəngarəngliyi, onlardakı dəyişikliklər də yalnız karma nəticəsində yaranan bir sıra tənasüx və ardıcıl doğumların tə’sirinə görədir. Nümunə üçün, hinduslar fili Şivanın oğlu hesab edirlər və onun heykəli bədbəxtliyin aradan qaldırılması üçün bir vasitədir. İlan və meymun onlara görə qorxunc olduğundan,onların ilahi bir məqama malik olduğuna inanırlar. Sancması dərhal ölümlə nəticələnən, kobra növündən olan naqa ilanına xüsusi ehtiram göstərilir. Hər il hinduslar bu ilana ehtiram naminə xüsusi dini bayram keçirir; onların yuvalarının yanına gedir, hədiyyə, peşkəş kimi süd və banan verirlər. Hinduslar heyvanların hörmətini saxlamaq, xüsusilə ilanlara hörmət göstərmək üçün çoxlu mə’bədlər tikmişlər və oralarda da çoxlu heyvanlar yaşayır. Kərtənkələ, bəbir, tovuz quşu, tutuquşu, hətta siçana da pərəstiş edir; öz diləklərini diləmək və istəklərinə çatmaq üçün meymuna da nəzir edirlər.

Hinduslar inəyə daha böyük hörmətlə yanaşır, müqəddəs və xüsusi məqam sahibi sanırlar. Hər bir yerdə, mə’bəd və evlərdən başlamış şəhər meydanlarına qədər inək heykəli görmək olar. Bu heyvanı öldürmək və ya istifadə etmək tamamilə qadağan edilib və haram sayılır. Onlar küçə və xiyabanlarda sərbəst hərəkət azadlığına malikdirlər. İnəklərə əzab-əziyyət verməyə, azadlıqlarını məhdudlaşdırmağa icazə verilmir. İnək ifrazatı məlhəm və təbərrük kimi, onun sidiyindən isə daxili və xarici murdarlıqları paklaşdırmaq üçün istifadə olunur. Hinduslar öz ölülərini odda yandırsalar da, ölü inəklərin cəsədini çox böyük ehtiramla, xüsusi bir dini mərasimlə torpağa tapşırırlar.

Hindusların arasında geniş yayılmış adətlərdən biri də inəkləri Şivaya vəqf etmək, yaxud onları azad etməkdir. Onlar bu əməlin böyük savabı olduğuna inanırlar. Digər tərəfdən, bu heyvanı öldürmək bağışlanmaz günah hesab olunur və bu işi törədən şəxs kasta təbəqəsindən çıxarılaraq daha aşağı təbəqəyə endirilir. Hindistanda inəyə o qədər hörmət qoyulub ki, tarix boyu müsəlmanlarla hinduslar arasında baş verən toqquşmaların əsas amili müsəlmanlar tərəfindən qurban bayramında bu heyvanın qurban kəsilməsi olmuşdur və bu indi də belədir.

Hindusların üçün inəyin bu qədər hörmət və müqəddəsliyinin səbəbi dəqiq mə’lum deyil. Vill Dorant keçmiş dövrlərdə uzaqgörən bir hakimin bu yük heyvanının nəslini qoruyub saxlamaq, kənd təsərrüfatı işlərində istifadə etmək və mənfəət götürmək üçün onun öldürülməsini qadağan etdiyini və bu işin tədricən dini-məzhəbi xarakter alaraq müqəddəsləşdiyini ehtimal edir. Hər halda Hindistanda inəyə bu qədər hörmət və müqəddəslik indiyə qədər davam etməkdədir. Hətta Hindistanın müstəqillik mübarizələrinin rəhbəri Qandi bu barədə münasibət bildirərək demişdir:

Mənim fikrimcə, inəyi müdafiə edib qorumaq insanın dəyişməsinin ən təqdirəlayiq fenomenlərindən biridir. Mənə görə, inək bəşəriyyətdən sonrakı aləmin cövhəri və batini mə`nasıdır. O, insanı bəşər irqinin hüdudlarında yerləşdirir. Bəşər öz şəxsiyyətinin bütün canlılarla bütövləşməsinə inəyin vasitəsilə nail olur. Dişi inək milyonlarla hind bəşər övladının anası deməkdir. İnək bir mərhəmət və şəfqət şe’ridir. İnəyi qoruyub ona hörmət göstərmək tanrının bütün yaratdıqlarına hörmət göstərməkdir.”


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin