SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə108/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   104   105   106   107   108   109   110   111   ...   260

SUAL VƏ TAPŞIRIQLAR


1. Canamsakhi nədir?

2. Quru Nanakdan qabaq siqh ayininin yaranmasına kimlər zəmin yaratmışlar?

3. Nanakın təbliğat metodu necə idi?
Siqh ayininin formalaşmasının əsas zəminələrini şərh edin.

İYİRMİ DÖRDÜNCÜ DƏRS


SİQH AYİNİ (2)

ƏQİDƏLƏRİ


Bu dərsdə siqh ayininin ən mühüm ideoloji əsaslarını araşdırırıq:

1. Tovhid:

Keçən dərsdə qeyd olunduğu kimi, siqh ayininin banisi Nanak varlıq aləminin mənşəyi məsələsində tovhidə inanmış, öz yazı və şe’rlərində dəfələrlə bunu vurğulamışdır. Bu barədə Qrant kitabında oxuyuruq: - Yalnız vahid Allah vardır ki, onun adı haqdır, xaliqdir, qorxu və düşmənçilikdən uzaqdır, puç olmaz, doğulmamışdır, öz zatı ilə mövcuddur, əzəmətli və səxavətlidir. Vahid həqiqi Allah əvvəldən mövcud olmuşdur. Vahid Allah əzəldən olmuşdur, indi vardır və həmişə olacaqdır.” Kitabın digər bir hissəsində isə deyilir: - Allah birdir və ondan başqa heç bir mə’bud yoxdur, ey mənim qardaşlarım!”

Nanak həmçinin öz şe’rlərində Allaha xitabən belə deyir: “ - Sənin heç bir şərikin yoxdur ki, sənin yanında olsun”, “ - Kimə ikinci Allah deyək? Heç kəs yoxdur. Bütün dünyada yalnız eyibsiz və pak vahid Allah vardır”, “ - Sənə heç kəs bənzəməz. Sən bütün əsr və dövrlər üçün yeganə Allahsan, həmişə vahidsən. Səndən başqa heç vaxt başqa bir mə’bud olmayıbdır.”

Nanakın öz təkallahlıq əqidəsində müsəlman sufi alimlərinin böyük tə`siri açıq-aşkar hiss olunur. Onun Allahın zatı ilə əlaqədar söylədiyi fikirlər və Allahı haqq adlandırması da bu tə’sirlərin göstəricisidir.

Nanak eyni halda ilahi təcəssümün müxtəlifliyinə və rəngarəngliyinə inanırdı. O, öz nəğmələrinin birində belə deyir:

- Ey böyük Allah sən vahidsən, amma sənin təcəssümün çoxdur.” O, hindus mə’budlarından bə’zilərini Allahın təcəssümü və simvolu hesab edir.

Nanakın Allah üçün işlətdiyi əsas ad haqqdır. Onun bütün yazı, nəğmə və məktublarının sərlövhəsində Satnam, yə’ni haqq adını görmək olar. Bununla belə, bə’zən onun əsərlərində İslami və hindus ifadələri birgə şəkildə müşahidə olunur. Məsələn, Allah-Təala və uca Brahma. Nanak bə’zən də Allah barədə “ - Hamının hidayəti və müqəddəratı onun əlində olan mütləq qadir” ifadəsini də işlədir. O, nəğmələrdən birində deyir: - Hər kəsin çətinliyi və azadlığı sənin əmrinlədir. Heç kəsin ona müdaxilə etməyə qüdrəti çatmaz”, “ - O, hər şeyi istəsə yerinə yetirər. Bir kimsə ona fərman vermir. O sultan və sultanların sultanıdır. Hər bir şey onun iradə və əmrinə tabedir”, “ - Bəndələrini öz fərmanı ilə hidayət edir”, “ - Sənin razılığın olduğu şeylər mövcuddur. Sənin istədiyin və etdiyin işlər həyata keçər. Sənin razılığın olan şeylər dərhal yerinə yetirilər.”


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin