SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


İYİRMİ ALTINCI DƏRS TAOİZM (2)



Yüklə 3,53 Mb.
səhifə115/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   111   112   113   114   115   116   117   118   ...   260

İYİRMİ ALTINCI DƏRS




TAOİZM (2)

ƏXLAQ VƏ DİN


Bu dərsin mövzusu taoizmin Lao-tze fəlsəfəsi və onun tövsiyələri əsasında qurulmuş əxlaqi prinsipləri ilə tanışlıqdır. Dərsin davamında bu dinin zaman baxımından dini yönümündən irəli olan sehrkarlıq aspekti nəzərdən keçiriləcək. Daha sonra taoizm bir din kimi tədqiq edilib araşdırılacaq.

LAO-TZE FƏLSƏFƏSİ ƏSASINDA ƏXLAQIN ƏSASLARI


Lao-tze “Tao-te-çinq” kitabında Taoya qovuşmaq və onun yolunda addımlamaq istiqamətində öz ardıcıllarına çoxsaylı əxlaqi tövsiyələr verir. Bu göstərişlərin əsasını təvazökarlıq, tə’zim, şan-şöhrətdən uzaq olmaq, ifrata varmamaq, hamını məhəbbət və səmimiyyətə də’vət təşkil edir.

Bu əxlaqi göstərişlərdən bə’zilərini şərh edirik:

1. Laqeyidliyə, istəklərdə ifrata varmamaq və diqqətsizliyə də’vət taoizmin ən mühüm əxlaqi prinsipidir. Lao-tze bu barədə deyir: “ - İfrat diqqət və istəyin olmamasını öz məramına çevir, mümkün olan həddə sakitliyini tam qoru”, “ - Hikmət sahibi öz fikrini hər bir şeyə qarşı laqeyd etməlidir”, “ - Səma və yer heç bir xeyirxahlıq nümayiş etdirmir. Onların nəzərində dünyanın 10 min şeyi vəhşi itlər kimidir. Müqəddəs insan da xeyirxahlıq əhli deyildir. Onun nəzərində qohum-əqrəbadan 100 nəfəri vəhşi itlər kimidir.”

2. Hər şeyə və hamıya e’tinasızlığa də’vətlə yanaşı, bir sıra əxlaqi dəyərlər də tövsiyə edilir. Lao-tze bu barədə deyir: “ - Mənə qarşı yaxşı olanlarla mən də yaxşıyam. Mənə qarşı yaxşı olmayanlara qarşı də yaxşıyam və bununla da hər bir şey yaxşı olur. Mənimlə səmimi olan şəxslərə qarşı mən də səmimiyəm, mənimlə səmimi olmayanlara qarşı yenə səmimiyəm, beləliklə hamı səmimi olacaqdır.” Başqa bir yerdə deyir: “ - Yaranın əvəzini məhəbbətlə ver”.

3. Tay-şanq-kanq-pinq-pi-yen, yaxud “Əməllər və onların cəzası” risaləsində digər əxlaqi göstəriş və tövsiyələrin şərhi verilmişdir. Bu tövsiyələrdən aşağıdakıları diqqətəlayiqdir:

- Yaxşı bir insan heç vaxt azğın yollara düşməz. O, fəzilət və təqva qazanar, dəyərli islər görüb toplayar. Bütün yaradılmışlarla mehribanlıqla rəftar edər. Özündən gənc qardaşlarına qarşı vəfalı və nəvazişli, özündən böyüklərə qarşı itaətkar olar. Əvvəlcə, özünün seçdiyi yolu islah edər ki, başqalarını da bu yolla dəyişdirib islah edə bilsin. Yetimlərə və dul qadınlara qarşı mehriban olar, qocalara ehtiram qoyar. Gənclərə qarşı tərbiyəçi rolunu ifa edər. Hətta həşaratlara, otlara və ağaclara belə zərər yetirməməlidir. O, başqalarının şər və yaramaz rəftarları müqabilində şəfqətlə davranmalı, onların fəzilət və alicənablığından sevincini bildirməlidir. Onlara düzgün və layiqli işlərdə kömək etməli, təhlükələrdən xilas etməlidir. Başqalarının qazandığı şeyləri onların öz qazanclarının hesabına qoymalı, əldən verdiklərini öz itkisi hesab etməlidir. Onların çatışmazlıq və nöqsanlarını üzə salmamalıdır (qeybət etməməlidir). Öz üstünlüklərini başa qaxmamalıdır. Belə bir insan şər işlərdən çəkinməli, müqabilində mə`nən yüksəlməli və yaxşı işlər görməlidir. Çoxunu camaata bağışlamalı, özünə az bir pay götürməlidir. Bir kimsədən dil yarası, yaxud söyüş eşidərsə, onu ikrah hissi olmadan qəbul etməli, vəziyyəti başa düşdüyünü deməklə öz şərafət və alicənablığını göstərməlidir. İnsanlara təmənnasız məhəbbət göstərməli, yaxşılıq etməli peşman olmadan öz var-yoxundan başqalarına bağışlamalıdır. Məhz bu şəxsə yaxşı insan deyiləcəkdir. Bütün insanlar belə şəxsə hörmət edərlər. Göylər onu qoruyar. Səadət və mal-dövlət onun ardınca axıb gələr. Bütün şərlər və pisliklər ondan uzaqlaşar. Onun gördüyü hər bir iş mütləq müvəffəqiyyətlə nəticələnəcək və o, özünə əbədi və səmavi (maddənin fövqündə) bir məqamın veriləcəyinə ümidvar ola bilər.”

4. Bu kitabda xurafatla qarışmış olan digər, o cümlədən aşağıdakı göstərişlər də vardır:

- Heç vaxt öz valideyninin səhvini ifşa etmə. Heç vaxt doğru ilə səhvi bir-birinə qarışdırma. Səhv işə mükafat vermə. Günahsız insanı cəzalandırma. Küləyi qınama və yağışdan sui-istifadə etmə. Həyat yoldaşının və həyat yoldaşlarının dediklərinə qulaq asma. Ata-ananın göstərişlərindən boyun qaçırma. Yeni işlərlə köhnə işlərin unudulmasına mane olmasına imkan vermə. Öz borcunu sahibinə qaytar. Göylərdə sənin üçün tə`yin olunan paydan artığını əldə etmək fikrində olma. Ölçüdə qısa metrədən, çəkidə düz olmayan tərəzidən, yaxud kiçik özül çubuqlarından istifadə etmə. Ayın və ilin axırıncı günündə rəqs edib, mahnı oxuma. Ayın əvvəlində, yaxud səhər açılanda qışqırıb əsəbiləşmə. Üzünü şimala tutub ağlama və ağzının suyunu atma. Ağzının suyunu parlaq ulduzlara tərəf atma. Göy qurşağı tərəfinə işarə etmə. Səhvgörmüş şəxs tövbə etsə, öz əməllərini islah etsə və bundan sonra da çirkin işlərdən çəkinsə, eləcə də bütün yaxşı işləri görsə şadlığa və səadətə çatacaqdır. Belə isə nə üçün biz özümüzü yaxşı işlər görməyə vadar etməyək?



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin