SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə126/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   122   123   124   125   126   127   128   129   ...   260
Üçüncüsü: Konfusion nəzəriyyəsinə uyğun olaraq, Li qanunu əsasında yerinə yetirilən ictimai qayda və ən`ənələr qədim nəslin adət-ən`ənəsinə müvafiq olmalıdır. Belə ki, keçmişdəki insanlar hamının səadətini istəmiş, qarşılıqlı qayğı və ehtirama səbəb olan insani ruh onlarda kamil zühur etmişdir. Ata-babaların hamısı bir-biri ilə ədalət və ədəblə rəftar etmiş; onların münasibətlərində ciddi nizam-intizam və möhkəm ədalət hakim olmuşdur. Yüksək rütbəlilərlə aşağı təbəqəyə mənsub olanlar bir-birinin vəziyyətindən tam xəbərdar olmuşlar. Bir-birinin məqam və mövqeyini gözləmiş, öz aralarında hədd-hüduda riayət etmişlər. Bu barədə Konfusion belə deyir: - Qədimdə Li qanununa əsasən camaata hökmranlıq edən Fuşi kimi imperatorlar olmuşlar. Onlar rəiyyətə qarşı ədalətli və xeyirxah idilər, rəiyyət də onları sevir və itaət edirdi. Buna görə də ölkəni başdan-başa haqq-ədalət bürümüşdür. Buna əsasən ata-babalarımıza ehtiram qoymalı, onların adət-ən`ənələrinə pərəstiş etməliyik.” Həmin səbəbdən, Konfusion şəxsən özü dini qayda-qanunlarda yeni bir şey ixtira etməməklə yanaşı, ata-babaların ən`ənəvi qayda-qanunlarına riayət və pərəstiş məsələsində sədaqətini göstərmişdir. O, çoxlu mə`budlara sitayiş, ruhlara pərəstiş, imperatora tə`zim edir, qurbanlıq ayinlərini, eləcə də düzgün olub-olmamasından asılı olmayaraq, keçmişdən yadigar qalan xurafatçı adət-ən`ənələri yerinə yetirirdi.

2-Şu; Bu kəlmə Konfusion ayininin ikinci əxlaqi prinsipi olan bu sözün mə’nası “özünə rəva bilmədiyini, başqalarına da rəva bilmə”dən ibarətdir. Dinşünaslar bu əxlaqi prinsipi xristianlıqda mövcud olan “camaatın sizinlə necə rəftar etməsini istəyirsinizsə, onlarla həmin cür rəftar edin” prinsipi ilə müqayisə etmişlər. Bu prinsip xristianlıqda qızıl qanun adı ilə məşhur olduğu kimi, Konfusion qanununda da gümüş qanun kimi tanınır. Konfusion bu prinsipi taoizmin birində deyilən “pisliyin əvəzini yaxşılıqla ver” əxlaqi prinsipinə qarşılıq olaraq qəbul etmişdi. Deyilənə görə, bir gün Konfusionun “pisliyin əvəzini yaxşılıqla vermək” barədə fikrini soruşduqda belə cavab verir: - Əgər pisliyi yaxşılıqla mükafatlandırsan, onda yaxşılığın əvəzinmükafat verəcəksən? Yaxşılığa yaxşılıqla cavab verilməli, amma pis rəftara ədalətlə yanaşmaq lazımdır.”

O inanırdı ki, “şu”nu ümumi bir göstəriş qismində ömür boyu həyatın bir qanunu kimi tətbiq etmək olar. Bu barədə deyilir ki, bir gün bir nəfər Konfusiondan soruşur: Dünyada elə bir hamıya aid söz və ümumi göstəriş varmı ki, onu bütün ömür boyu həyat qanunu seçək? O cavab verir: - Bəli! Qarşılıqlı əməl, yə’ni şu həmin ümumi söztə`limatdır.” Bu sözün də mə’nası budur ki, özünə rəva görmədiyini başqalarına da rəva görmə.




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin