«Mən həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allah) şərik qoşanlardan deyiləm!
Tayfası İbrahimlə mübahisəyə girişdi. İbrahim dedi: «Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsinizmi?
Allah sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda mən niyə sizin şərik qoşduqlarınızdan qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstdən hansı (qiyamət əzabından) əmin olmağa daha haqlıdır?