SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


«Musa belə cavab verdi: Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da ona doğru yol göstərən Allahdır.»



Yüklə 3,53 Mb.
səhifə167/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   163   164   165   166   167   168   169   170   ...   260
«Musa belə cavab verdi: Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da ona doğru yol göstərən Allahdır.»3

Bəni-İsrail qövmü Musanın bir neçə gün olmadığı dövrdə danaya pərəstiş etməyə başladılar. Musa qayıdıb vəziyyətdən xəbərdar olduqdan sonra onlarla çox qətiyyətli və ciddi davranaraq öz qövmünə xitabən buyurdu:



«Sizin Tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elmi ilə hər şeyi ehtiva etmişdir.»4

Yəhudilərin asimani və müqəddəs kitabı olan Tövrat da bu məsələyə tə’kid edir ki, Musanın Allahı elə ata-babaları Yə’qub, İshaq və İbrahimin Allahıdır. «Dedi: Mənəm sənin atanın Allahı – İbrahimin, İshaqın və Yə’qubun Allahı»5

Tövratın başqa bir ayəsində belə oxuyuruq:

«Musa Allaha dedi: İndi mən Bəni-İsrailin yanına gedib onlara desəm ki, sizin ata-babalarınızın Allahı məni sizin yanına göndərmişdir. Məndən onun adının nə olduğunu soruşsalar, onların cavabında nə deyim? Allah Musaya dedi: «Mən varam və o kəsəm ki, varam.» Bəni-İsrailə belə de: «İhyət (varam) məni sizin yanınıza göndərdi.» Allah Musaya yenə dedi: «Bəni-İsrailə belə de: Yəhuvə, sizin ata-babalarınızın Allahı – İbrahimin, İshaqın və Yə’qubun Allahı məni sizin yanınıza göndərmişdir. Bu əbədi olaraq Mənim adımdır və ardıcıl nəsillərə olan yadigardır.2

Buna əsasən, Musanın bəyan etdiyi Allahın məhz İbrahim tərəfindən təqdim olunan yeganə Allah olması barədə heç bir ixtilaf nəzərə çarpmır. Amma əsas məsələ bundan ibarətdir ki, görəsən Tövratda «Yəhuva» adlandırılan Allah, Qur’anda Əhəd və Səməd kimi vəsf olunan yeganə Allahdırmı? «Yəhuvə» kəlməsinin kökü və onun necə tələffüz olunması barədə din tarixçiləri və tədqiqatçılar arasında çoxlu mübahislər baş vermişdir. Bə’ziləri aşkar şəkildə demişlər ki, onun əsil və düzgün tələffüzü «Yəhüvəh» kimidir. Çünki həzrət Musa Bəni-İsrailə öyrətmişdir ki, tə’zim və ehtiram əlaməti olaraq, Allahın həqiqi adını işlətməsinlər; Allahın adını çəkmək lazım olduqda, kinayə və işarədən istifadə etsinlər. Bu tə’bir sonralar dəyişilərək «yəhvəh» formasına düşmüşdür. Əlbəttə, hazırda müqəddəs kitabda bu kəlmə «yəhuvə» kimi yazılıb tələffüz edilir. Alimlərdən bə’ziləri isə onun «həyat» kökündən alındığını və «o kəs ki, vardır» mə’nasına yozulduğunu deyirlər; bu ehtimalın düzgün olmasının əlaməti «ehyəh» (varam) və «ehyəh işrahiyəh» (varam o kəsəm ki, varam) tə’biridir ki, Tövratın müxtəlif ayələrində «Ləfzi Cəlalə»nin əvəzində işlədilmişdir. Ümumiyyətlə, hər yerdə «yəhuvəh» Musanın və Bəni-İsrailin Allahı kimi işlədilmişdir. Amma burada iki məsələni xatırlatmaq yerinə düşərdi:

Birincisi budur ki, Tövrat aşkar şəkildə deyir ki, yeganə Allah yalnız Musanın yanında «yəhuvəh» adı ilə tanınan varlıqdır; bundan əvvəl İbrahimin, İshaqın və Yə’qubun yanında mütləq qadir adı ilə tanınan Allahdır. «Və Allah Musaya xitab etdi, ona dedi: Mən Yəhuvəhəm. İbrahim, İshaq və Yə’quba mütləq Allah adı ilə zahir oldum. Amma Yəhuvəh adımla onların nəzərində tanınmadım.»3

İkincisi bundan ibarətdir ki, Tövrat müəyyən sifət və xüsusiyyətləri Yəhuvəhə mənsub edir ki, Allah bu kimi xüsusiyyətlərdən pak və münəzzəhdir. Onlardan bə’ziləri bəşər sifətləridir ki, Allaha aid edilir:

«Musa, Harun, Nadab, Əbihu və İsrailin məşhur şəxsiyyətlərindən 70 nəfərlə birlikdə yuxarı çıxdı və İsrailin Allahını gördülər. Onun ayaqlarının altı göy yaqut kimi şəffaf və asimanın zatı kimi saf idi; Bəni-İsrail sərvərlərinə öz əlini qoymadı, onlar Allahı gördülər, yedilər-içdilər.1

Başqa yerlərdə isə Allah Musaya xitab edib deyir: “Bəni-İsrailə əmr et ki, Onun (Allah) üçün müxtəlif hədiyyələr gətirsinlər. (O cümlədən qızıl, gümüş, düyü, lil, ərğəvan, nazik kətan, xəz dəri və s.) Sonra buyurur: «Mənim üçün müqəddəs bir məqam düzəltsinlər ki, onların arasında olum».2

Yəhuvəh digər bir yerdə xətakar şəxs kimi tanıtdırılır. Guya o, öz əməllərindən peşiman olur:

«Allah “Öz qövmünə çatdır” deyə - buyurduğu pislikdən qayıtdı».3 Başqa bir yerdə oxuyuruq: «Allahın kəlamı Səmuilə nazil oldu: «Mən peşiman oldum ki, Şaiulu (tağutu) padşah etdim. Çünki mənə tabe olmaqdan üz çevirmiş, mənim kəlamımı yerinə yetirməmişdir».4 Buna əsasən aydın olur ki, müqəddəs kitab təhrif olunan zaman ilahi həqiqət müəyyən dəyişikliklərə mə’ruz qalıbdır.

Əlbəttə, bu məsələ Bəni-İsrail qövmünün tövhiddə törətdikləri inhirafçı keçmişə diqqət yetirməklə də aydın olur. Çünki, Musa qısa müddətli qeybə çəkildiyi zaman, bu qövm dərhal danaya pərəstiş etməyə başladılar. Bəni-İsrail peyğəmbərlərinin çoxluğu da göstərir ki, bu qövm tövhid yolundan azmağa və şirk bataqlığında qərq olmağa daha çox meyilli olmuşdur.




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin