SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə181/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   177   178   179   180   181   182   183   184   ...   260
1. Zərain, yaxud əkinçlik məhsulları, toxumlar, dənələrin mizanı; Bu fəsildə əkinçilik, torpaqla əlaqədar olan bütün dini qanunlar, eləcə də əkinçlik fəaliyyətlərinin necə tənzim olunması, həmçinin vacib namazlar, dualar və bərəkətlər də bəyan edilmişdir.

2. Məvid, yaxud vaxtlar; Bu fəsil bayramlar, şənbə günü və sair müqəddəs günlərlə əlaqədardır; hər bir münasibətlə əlaqədar keçirilməli olan mərasim və bayramların necə təşkil olunmasını bəyan edir.

3. Naşin, yaxud qadınlar; Bu fəsil evlənmə, boşanma, ailə münasibətlərində xəyanət, həmçinin qadın və kişinin öhdəsində olan hüquq və vəzifələri əhatə edir, bundan əlavə irs, vəsiyyət, nəzr və and kimi mövzulara da aiddir.

4. Nəziqin, yaxud zərərlər; Bu fəsildə cəza qanunları, şəhər qanunları və cinayət qanunlarından bəhs edilir, eləcə də qisas, hüdud və diyə məsələlərindən danışılır.

5. Qüdaşim, yaxud müqəddəslər; Bu fəsildə qurbanlıq və eləcə də mə’bədə hədiyyə olunan hədiyyə və nəzirlərlə əlaqədar olan bütün hökmlər, onların təqdim olunma mərasimi, şərtləri və növlərindən danışır, nəzr və qurbanlıq e’tiqadının məqamını aşkar edir.

6. Təharut, yaxud təharətlər. Bu fəsil cism, libas, qablar, mənzil avadanlıqlarının paklıq hökmləri, geyilməli və yeyilməli şeylərdə təharət və nəcasət, haram-halal məsələlərinə aiddir.

Mişnanın malik olduğu əhəmiyyətə diqqət yetirməklə, Bəni-İsrail alimləri onu kamilləşdirib şərh və izah etmişdir. Bu şərh yazıldıqdan sonra Qomara adlı bir kitab yarandı və Qomaranın Mişnaya əlavə edilməsindən sonra Təlmud kitabı meydana gəldi. Qomara, məzmunundakı müxtəlif iki səbkiyə görə Fələstin və Babil mədrəsələrinin alimləri vasitəsi ilə yazıldı. Buna görə də Təlmud kitabı iki adla tanınır: Yerusəlim Təlmudu, Babil Təlmudu. Ad qoymada mövcud olan bu fərq sadəcə olaraq qomaraların təfavütünə görədir, çünki hər ikisində Mişna eyni dərəcədədir.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin