DİNİ ƏSASLARI
Sabeii dini barəsində tədqiqatçıların ixtilafına səbəb olan məsələlərdən biri də oların hansı ilahi peyğəmbərin ardıcılları olmasıdır. Bə’ziləri demişlər ki, onlar həzrət Nuh peyğəmbərin dininin ardıcıllarıdır, sair peyğəmbərləri isə ilahi elçi olaraq qəbul etmirlər. Digər nəzər budur ki, sabeiilər kitab əhlidir və Zəburu tilavət edirlər. Bə’ziləri inanırlar ki, onlar həzrət Yəhyaya qədər olan bütün ilahi peyğəmbərləri qəbul edir və ondan sonrakılara inanmırlar. Nəhayət sonuncu nəzərdə deyilir ki, onlar yalnız öz dinlərinin alimləri olan ruhanilərə tabe olur və onları da peyğəmbər kimi deyil, öz dinlərinin bir kahini kimi qəbul edirlər.
Bu barədə mövcud olan müxtəlif nəzərlər arasında zahirən üçüncü nəzər (yə’ni, Yəhya peyğəmbərə e’tiqadlı olmaq) həqiqətə daha yaxındır. Çünki, sabeiilərin dini mənbələrində dəfələrlə Yəhya məzhəbi adlı bir ayinin adı çəkilir. Ümumiyyətlə, onlar dinlərinin əsası olan “Tə’mid” ayininin həzrət Yəhyadan qaldığını deyərək, Məsihi də bu ayinə iman gətirənlərdən hesab edir, lakin onun, sonradan bu dinin sirlərinə xəyanət etdiyini iddia edirlər. Həmçinin deyirlər ki, Məsih Yəhyanın məzhəbini korlamış və axar suda olan tə’mid quslunu dəyişdirmişdir.
Dostları ilə paylaş: |