SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə203/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   199   200   201   202   203   204   205   206   ...   260
«...De ki: Musanın insanlara bir nur və hidayət yol olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz...»1

Yəhudi alimlərinin bu kimi təhrifləri nəticəsində insaniyyətə böyük zərbə dəydi; hidayət və nur mənbəyi olan kitab mövhumat və xurafatlarla dolduruldu; ilahi peyğəmbərlərə yaramaz, əxlaqsız və nalayiq nisbətlər verildi. Bunlardan daha dözülməz olan işlər qarşıya çıxdı; onlar bu kimi üzdəniraq xüsusiyyətləri Allaha da aid etdilər.2 Allahın kitabı Bəni-İsrail qövmünün tarix kitabına və onların sərgüzəştlərini əks etdirən dastanlar məcmuəsinə çevrildi. Bu iş elə bir səviyyədə aparıldı ki, yəhudi böyükləri müqəddəs kitabın mühüm əqidəvi bəhslərini, o cümlədən məad və sair əqidələr barədə olan mətləbləri oradan çıxartdılar. Bütün bu təhriflər azmış kimi, yəhud qövmünün firqələrə parçalanması ilə müqəddəs kitabın nüsxələrində də ixtilaflar yarandı; firqələrdən hər biri kitabın bir hissəsini azaldıb-artırır, digər hissələrini isə rədd və ya qəbul edirdilər.

Bu kimi işlər nəticəsində şəriətin qorunması və ilahi hökmlər üçün müəyyən bir me’yar təyin edilməsi mümkün olmadı; düzgün və haqq əqidənin tə’yin edilməsi üçün heç bir imkan qalmadı ki, əgər Allahın bəndələri həqiqət və qurtuluş yolu ilə getmək istəsələr, heyrət və sərgərdançılığa düçar olmasınlar. Belə bir vəziyyət şəriət sahibinə malik olan digər bir peyğəmbərin zühurunu tələb edirdi.

İkinci cəhət romalıların istilası idi. Miladdan 63 il qabaq Fələstin ölkəsi Roma imperatorluğu tərəfindən işğal edildi. Romalılardan əvvəl yunanlar da Fələstini işğal etmişdilər. Yunanıstan elm, mədəniyyət və svilizasiya mərkəzi olduğundan, ora elmi-mədəni şəxsiyyətlər tərəfindən idarə olunduğundan Fələstin əhalisi nisbətən dinc şəraitdə və müəyyən qədər ədalətli şəraitdə yaşaya bilirdi. Amma romalılar Fələstini istila etdiyi vaxt yerli əhaliyə divan tutdu və camaatın çoxu başqa ölkələrə köçməyə məcbur oldu.

Həzrət İsa (ə)-ın təvəllüdü ilə eyni zamanda romalılar tərəfindən Fələstinə padşah tə’yin edilən Herodosi Kəbir vəfat etdi. Onun üç oğlu var idi. Herodosun ölümündən sonra Fələstin ölkəsi üç oğulun arasında bölüşdürüldü. Yəhudiyyə, Samirə və İumiyyə hissələri böyük oğul Yerusəlimə çatdı, Cəlil gölü və Hərya ikinci oğul Herodos Antipasa düşdü; Cəlil gölünün şimalı isə kiçik oğul Flippə aid edildi. Ölkənin bölüşdürülməsi və bunun ardınca üç qardaşın yerli camaatla kəskin və amansız rəftarları nəticəsində Fələstində hərc-mərclik yarandı; nəticədə ictimai-siyasi böhranlar hər tərəfi bürüdü.

Belə bir şəraitdə təbiidir ki, yəhudi qövmü məğlub edilmişdi və yadların təzyiqləri altında olan qövm kimi çox ağır və dözülməz şəraitdə yaşayırdı; onlar mütəmadi olaraq həzrət Məsihin zühurunu gözləyirdilər. Yəhudilərin müqəddəs kitabının bir neçə yerində həzrət Məsihin zühuru müjdəsi verilmişdi. O cümlədən, Davudun Məzamirində, ikinci məzmurda 2-7-ci ayələr; Əş’iya Nəbi peyğəmbərin kitabının 9-cu fəslinin 6-cı ayəsində; Həzqil peyğəmbərin kitabının 32-ci fəslinin 23-cü ayəsində və 37-ci fəslin 32-ci ayəsində qeyd olunub.

Buna görə də həzrət Məsihin zühur etməsi yəhudilər üçün əvvəlcədən mə’lum və məqbul bir məsələ idi. Onlar inanırdılar ki, Məsih Bəni-İsrail qövmündəndir və bu qövmün xilası üçün zühur edəcəkdir. Buna görə də ən ağır və böhranlı şəraitlərdə onun intizarını çəkirdilər. Belə bir şəraitdə həzrət Məsih (ə) Fələstin diyarında Bəni-İsrail qövmü arasında dünyaya gəlib peyğəmbərliyə seçildi.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin