SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə209/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   205   206   207   208   209   210   211   212   ...   260

SUAL VƏ TAPŞIRIQLAR


1. Həzrət Məryəm hansı şəkildə ilahi nişanə kimi tanınır?

2. Qur’ani-Kərim həzrət Məryəmi necə təqdim edir?

3. Qur’an və İncil nöqteyi-nəzərindən həzrət İsa (ə)-ın təvəllüdünün necəliyini bəyan edin.

4. İncil nöqteyi-nəzərindən İsa (ə) peyğəmbərliyə necə seçilib?


Qur’an ayələrindən istifadə edərək həzrət Məryəmin təvəllüd gününü bəyan edin.

Həzrət İsa (ə)-ın mö’cüzələrini sadalayın.


QIRX SƏKKİZİNCİ DƏRS

PULS RƏSUL


Özünü İsa (ə)-ın rəsulu (nümayəndəsi) kimi təqdim edən Puls məsihiliyin formalaşmasında mühüm rol oynamışdır. Məsihilik haqqında lazımi məlumat əldə etmək üçün onun rəftar və əməlləri ilə tanış olmalıyıq.

PULSUN KEÇMİŞİ


Pulsun əsil adı Şaul idi. O yəhudi idi; öz dininə qarşı çox təəssübkeş və inadkar insan sayılırdı. Puls özünü Ferisi və Fərisi oğlu kimi təqdim edir.1 Başqa bir ayədə isə deyilir: «Mən.anadangəlmə israilliyəm; Benyamin qəbiləsindənəm, sırf ibraniyəm. Şəriətə riayət etmək baxımından fərisi idim, təəssüb baxımından kilsəyə əzab-əziyyət çatdırırdım».2 Başqa bir ayədə deyilir: «Mənim keçmişimi və yəhudi dinindəki keçmiş əməllərimi eşitmisiniz ki, Allahın kilsəsinə rəhimsizliklə əzab-əziyyət verib onun məhv edilməsinə çalışırdım; yəhudi dininə riayət etməkdə öz həmyaşıdlarımın hamısından qabaqda idim və ata-babalarımızın tə’limlərinin icra olunması ilə əlaqədar onların hamısından çox-çox təəssübkeş idim.3

Məsihilərin müqəddəs kitabı izah edir ki, Şaun məsihilərə necə əzab-əziyyət verirdi. Rəsulların işləri risaləsinin 7-ci babından sonra İsanın həvariləri arasında seçilmiş şəxs olan İstifanın şəhid olunması hadisəsində Şaulun adı çəkilir. İstifanın əleyhinə şəhadət verən şahidlər paltarlarını soyundurub onun ayaqları altına qoyurdu.4 Şaul İstifanın qətlinə razılıq verən şəxslərdən biri idi.5 İstifanın daş-qalaq edilməsindən sonra Şaul kilsəyə əzab-əziyyət verməyi davam etdirir: «Həmin gün Yerusəlim kilsəsinə çox ağır zülmə başladıq; rəsullardan başqa bütün iman sahiblərini yəhudiyyə və samirə nahiyələrinə pərakəndə etdilər. Yaxşı əməl sahiblərindən bir qurupu İstifanın cəsədini torpağa tapşırıb onun üçün matəm mərasimi təşkil etdilər. Şaul çalışırdı ki, kilsəni kökündən məhv etsin. O, evləri gəzib kişiləri və qadınları çölə çəkir və zindana salırdı.»6 Lakin Pulsun məsihilərlə mübarizə aparmaq üçün Dəməşqə etdiyi səfərdə gözlənilmədən mükaşifə baş verir və onun həyatı tamamilə dəyişir: «Şaul Allahın ardıcıllarını öldürüb təhdid etməkdən heç bir vəchlə əl çəkmirdi. O, böyük kahinin yanına gedib Dəməşq kənisaları üçün bir tə’yinat istədi ki, təriqət əhlindən (İsa təriqətindən) bir kişi və ya qadını tapsa, onları tutub Yerusəlimə gətirsin. Şaul hələ Dəməşqə çatmamışdı ki, gözlənilmədən şəhərin yaxınlığında asimandan saçan bir nur onun ətrafını işıqlandırdı. O, yerə yıxılıb belə bir səs eşitdi: «Ey Şaul! Nə üçün mənə zülm edirsən?» Şaul soruşdu: «Pərvərdigara, sən kimsən?» Cavab gəldi ki: «Mən İsayam. O kəsəm ki, sən ona zülm edirsən, lakin ayağa qalx və şəhərə get, orada nə edəcəyin haqda sənə deyiləcəkdir...»1 Bu hadisənin ardınca Şaulun ruhiyyəsi tamamilə dəyişir və məsihiliyin təbliğinə başlayır. Bir müddət Dəməşqdə bir dəstə imanlılarla birlikdə yaşayır və çox çəkmir ki, Dəməşq kənisalarında aşkar şəkildə İsanın Allahın oğlu olduğunu e’lan edir.2 O, daha sonra Yerusəlimdə (İsanın həvarilərindən olan) Bornabanın vasitəsi ilə rəsulların hüzuruna gətirilir və bundan sonra Puls adı ilə tanınır.3 Sonra Rəsul adı ilə insanları həzrət Məsihin dininə də’vət edir və bir çox təbliğat səfərlərinə gedir.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin