SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə210/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   206   207   208   209   210   211   212   213   ...   260

PULSUN İFA ETDİYİ ROL


Puls həmişə özünü İsa Məsihin nümayəndəsi və Rəsulu kimi təqdim edir. O cümlədən Timutavus, Qərəntiyan, Ğulatlar və romalılara yazdığı məktublarda və eləcə də digər hallarda bu işi görmüşdür. Romalılara yazdığı məktubun əvvəlində belə deyir: «İsa Məsihin bəndəsi və İncili müjdə vermək üçün Allahın Rəsulu olan və çağırılan İsanın bəndəsi olan Pulsun tərəfindən». (Rumlar, 1-1). Ğulatlara yazdığı məktubun əvvəlində belə deyir: «Bu Rəsul Puls tərəfindəndir, o şəxs ki, öz risalətini nə insan tərəfindən və nə də bir kəsin vasitəsi ilə əldə etmişdir; əksinə İsa Məsih və ata Allah tərəfindən ki, Məsih öldükdən sonra dirildib, Rəsul olmuşdur».4 Məktubun davamında belə deyir: «Ey qardaşlar! İstəyirəm biləsiniz ki, sizə verdiyim İsanın düzüb-qoşduğu deyildir. Mən onu bir kəsdən almamışam və bir kəs də onu mənə öyrətməmişdir; İsa Məsih ilham vasitəsi ilə onu mənə aşkar etmişdir.5

Pulsun sözlərinə diqqət yetirməklə aydın olur ki, o, həzrət İsanın hüzuruna getməmiş və ondan feyz kəsb etməmişdir. Həmçinin məsihiliyin öyrənilməsində başqa bir müəllimi də olmamışdır; yalnız öz nəzər və iddiaları əsasında ilham yolu ilə və İsa Məsihin vasitəsi tə’lim gördüyünü və o həzrətin İncili ona ilham etdiyini söyləyir.

Digər tərəfdən Puls gediş-gəliş etdiyi Rəsullar və həvarilərin,6 o cümlədən Bornavanın uzun müddət onunla birlikdə olmasına baxmayarq, ondan ayırılmışlar. Puls nəticədə onları məzəmmət etmiş və kəlamlarını batil hesab etmişdir: «Ey Timutavus, sənə tapşırılan şeylərin hamısını hifz et. Mə’nasız və küfrlü sözlərdən, yanlış olaraq elm adlanan bəhslərdən uzaq ol. Çünki, bu şeylərdə özlərini mütəxəssis hesab edən bə’ziləri imandan azmışlar. Allahın feyz və mərhəməti sizin hamınıza olsun.»1 Başqa bir yerdə isə digərlərinin İncil adı ilə tanıtdırdıqları şeyi rədd edərək, yalnız öz İncilini həqiqi İncil hesab edir: «Mən bundan təəccüb edirəm ki, nə qədər tez sizi Məsihin feyzinə də’vət edən şəxsdən üz döndərdiniz; indi başqa bir İncilə tabe olmusunuz (halbuki başqa bir İncil möcud deyildir), amma bə’ziləri vardır ki, sizi iztiraba salıb Məsihin İncilini təhrif etmək istəyirlər. Hətta əgər biz, yaxud asimandan gələn bir mələk bizim e’lan etdiyimiz İncildən başqa bir İncil gətirsə, ona lə’nət olsun! Əvvəlcə dediyim kimi yenə də təkrar edirəm: Qəbul edilən İncildən başqa bir İncili qəbul edənlərə lə’nət olsun!»2

Pulsun bəyanatlar məcmusundan belə nəticə almaq olar ki, o, İsaya tabe olanların imanından istifadə edərək, məsihi dininin əsasını qoymuş Əhdi-cədidin, yaxud müqəddəs İncilin böyük hissəsini yazmış, digər hissəsi isə onun ideaları və yol göstərmələri nəticəsində başqalarının vasitəsi ilə yazılmışdır ki, burada Luqanın rolu başqalarından daha artıqdır.

Puls öz doğulduğu şəhərdə həzrət Məsihin dininə qovuşmamışdan əvvəl, fəlsəfə mədrəsəsində Əflatun, Rəvaqi və Kəlbi fəlsəfəsi ilə yaxından tanış olmuş, bundan tə’sirlənərək Məsihi ilahiyyatını yazmağa başlamışdı. Pulsun İsanın ayininə daxil etdiyi ən mühüm təfəkkür İsanın ilahiləşdirilməsi olmuşdur. O, İsa üçün Məsiha məqamının fövqündə dayanan bir məqam təsəvvür etmişdir. Əlbəttə o, İsanı həmin xilsakar hesab edir ki, ilahi mələkutu yer üzərində bərqərar etmək üçün və qiyam etdikdən sonra bir daha buludların üzərində qayıdaraq qiyamət gününə qədər yaxşılarla pislərin arasında mühakimə etmək üçün gəlmişdir. Amma bu qeyri-yəhudi millətləri arasında də’vət etməyə məb’us olunduğundan və məsihilik fikri, həzrət İsanın be’sət və rəc’əti onlar üçün tamamilə düşünülməz bir fikir olduğundan, o qövmlərin təfəkkür və əndişəsinə mütənasib olan başqa bir yolla varid oldu. O, İsa (ə)-ın səciyyəvi xüsusiyyətlərdən olan dünyəvi ölüm və günahlardan qurtuluş və nicat tapmaq məsələsini irəli çəkərək deyirdi: «Şəxs üçün əbədi həyat o vaxt hasil olar ki, özünü ruhən İsa ilə birləşdirsin, qovuşdursun». O, İsanın ölüb-dirilməsindən sonra ölüm və be’sət məsələsini başqa bir şəkildə təfsir edərək deyirdi: «İsa Məsih asimani bir varlıqdır ki, ilahi zata və təbiətə malikdir; lakin onun özü tənəzzül edərək insani surət və qiyafəni qəbul etmiş, asimandan yerə nazil olmuşdur. Bu mərhələdən də süqut edərək onun dara çəkilməsinə razılıq vermişdir. Bu dərəcələrin hamısını ona görə qəbul etmişdi ki, bir daha qiyam etsin və öz atasının sağ əlində (Allahın) otursun, həyat və ölümün mütləq qüdrətini öz ixtiyarına keçirsin.3

Buna əsasən Puls, öz sirli mənşəyini şərh və təfsir etmək üçün İsa vücudunun əzəli olmasına və onun sifətlər aləmindən pak olmasına inandı. O, kulilərə yazdığı məktubda deyir: «Məsih gözəgörünməz Allahın məzhəri və surətidir, bütün məxluqatdan üstündür; çünki onun vasitəsi ilə göydə və yerdə olanların hamısı, görünənlər və görünməyənlər, taxtlar, padşahlar, hökmranlar, işlərin ixtiyar sahibləri yaradılmışdır. Bəli, bütün varlıqlar onun vasitəsi ilə bir-birinə qovuşur və bir-biri ilə əlaqəli olur.1

Pulsun əndişələrindən ibarət olan digər bir məsihi əqidəsi isə İsa Məsihin bəşəriyyətin günahlarına görə qurban olmasıdır. O, ibranilərə məktub yazaraq Musa şəriətinin qüvvədən düşən qurbanlığı haqda deyir ki, İsa Məsih gəlmişdir ki, Allahın iradəsini yerinə yetirsin.

Sonra sözünü belə davam etdirir: «İsa Məsih Allahın iradəsini yerinə yetirdikdə və öz bədənini həmişəlik olaraq qurbanlıq təqdim etdikdə, biz öz günahlarımızdan paklaşdıq».2

* * *

Gələn dərslərdə məsihilik ayinində özünəməxsus prinsiplərə malik olan Pulsun təfəkkürünü daha artıq araşdıracağıq. Qısa şəkildə demək olar ki, məsihilik əsaslı olaraq, İsa Məsihdən daha artıq ona mənsub edilir. Puls İntakiyəyə getdikdə, ilk dəfə olaraq, Məsihi adını İsanın ardıcıllarına verdi.3




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin