SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ


İKİNCİ MEHVƏR HƏZRƏT MƏSİHİN İNSAN SURƏTİNDƏ NAZİL OLMASI



Yüklə 3,53 Mb.
səhifə215/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   211   212   213   214   215   216   217   218   ...   260

İKİNCİ MEHVƏR

HƏZRƏT MƏSİHİN İNSAN SURƏTİNDƏ NAZİL OLMASI


Məsihilər inanırlar ki, Məsihin əzəli və ilahi həqiqəti insanlara nicat verib, onları hidayət etmək üçün insan surətində cism formasına düşmüşdür; İsanın özü də həmin cismləşmiş həqiqətdir. İlahi yönə malik olan bu təcəssümün necəliyi barədə qədim zamanlardan məsihi alimləri arasında ixtilaf mövcuddur. Bə’ziləri İsa Məsihin insani və ilahi olan iki zatının vəhdətinə tə’kid edir, digər bir qurup isə bu ikisinin arasında ikilik xarakterinin olduğuna inanırdılar. Nəhayət 451-ci Miladi ilində məsihi alimlərindən təşkil olunmuş «Çal si dun» şurası çalsidun e’tiqadnaməsi ünvanı ilə verdiyi bəyanatda özünün ümumi nəzərlərini məsihi tə’limlərindən biri kimi təqdim etdi. Bu bəyanatın əsasında bir vahid şəxsdə yə’ni, İsa (ə)-da iki təbiət və yaxud zat yə’ni, bəşər və ilahi təbiət cəm olmuşdur. Eyni halda bu iki zatdan hər biri özünəməxsus sifət və xüsusiyyətlərini qoruyub saxlayır. Başqa sözlə desək, bir nəfər olan İsa Məsihin iki zatı yə’ni, həm insani, həm də ilahi zatı vardır. Və bu iki zati gerçəklik bir-biri ilə eynidir. Biri ata Allahın zatı gerçəkliyi, digər biri isə hər bir fərdin zatı gerçəkliyidir. “Çal si dun” e’tiqadnaməsində belə oxuyuruq: «Müqəddəs ataya tabe olaraq, biz bütün insanlarla bu tə’limdə müttəhid olmuşuq ki, bir vücuda - yalnız oğula – bizim Allahımız olan İsa Məsihə iqrar edək.

Bu vahid vücud həm ilahi olmaq baxımından, həm də insani yöndən kamil bir varlıqdır. Bu vahid vücud həqiqətdə həm Allahdır və həm də bəşər. Bir yöndən mücərrəd ruh, digər bir yöndən isə cismdən ibarət olan insandır. Buna əsasən o, ilahi yönə malik olan vaxta qədər həmin ata – Allah zatı olan həqiqətə malik olur; insani yöndən də bizim kimi insanlara oxşar bir quruluşa malikdir. Hər bir cəhətdən bizə oxşardır, yalnız mə’sum olmamaq və günah ehtimalında oxşarlığımız yoxdur.

O, zamanın meydana gəlməsindən qabaq özünün ilahi yönü cəhətindən ata vasitəsi ilə icad olunmuşdur. İndi də insanlara görə və bizim nicat tapıb qurtuluşa çıxmağımız üçün bakirə və müqəddəs Məryəmdən dünyaya gəlmişdir ki, bu baxımdan özünün insani yönündən ilahi xüsusiyyət daşıyır.

Biz din alimləri şurası həmçini tə’lim veririk ki, bəşəri idrak üslubumuz bu yeganə Məsihdən (oğul, ata Allahın yeganə mövludu) iki təbiət, yaxud mahiyyət yolu ilədir. Bu bir-birindən ayrı olan iki zatı, o birisi ilə səhv salmadan və eləcə də o ikisindən hər birinin digərinə çevrilməsini demədən, yaxud onları tamamilə bir-birindən ayrı olan varlıqlara bölmədən, yaxud onları özümüzün təzadlı fəaliyyət və çərçivəsi hesabında bir-birinin qarşısında qərar vermədən qəbul edirik. O ikisindən hər birinin fərqlənən ayrıca xüsusiyyətləri və onların kamil ittihadı heç bir vəchlə inkar olunmur. Buna əsasən hər iki təbiət bir bir şəxsdə qərar tutur və idrak olunmağa qabil olan bir həqiqətə çevrilir. Onlar (o iki zat) iki şəxs təsəvvür olunmaları ilə iki yerə bölünmür və ya bir-birindən ayrılmır; yaxud bunun əksinə, həmişə birlikdədir və birdir. Həm oğul, həm də təkcə Allahın mövludu olan kəlmə yə’ni, İsa Məsih Allah.1


FİDA


Məsihilər həzrət İsanın (ə) əzəli bir həqiqətinə və ilahiləşdirilmiş bir məqamına inandıqlarından, əlavə olaraq, Məsih, yaxud oğul Allahın bəşər cismi, şəkli və eləcə də ona xas olan xüsusiyyətlərlə təcəssüm etməsinə də etiqad bəsləyirlər ki, o, insanları hidayət etmək və bəşəriyyətin xilaskarı olmaq üçün belə bir fədakarlıq etmişdir.

Həzrət Məsihin vasitəsilə bəşəriyyətin hidayət olunub, xilas edilməsi onun peyğəmbərliyi və nübüvvəti ilə olduğundan (özü də ilahi peyğamın yalnız çatdırılması səviyyəsində, bundan artıq yox) qəbul olunasıdır və burada heç bir mübahisəyə ehtiyac yoxdur. Amma məsihilər inanırlar ki, həzrət İsa (ə) təkcə ilahi peyğamların təbliğ olunması yolu ilə bəşəriyyətin nicatına çalışmamış, ilk kökləri həzrət Adəm (ə)-da olan günahlarımızın xatirinə dara çəkilməyə razı olmuşdur ki, bizim günahlarımız bağışlansın.

Məsihilərin inancına görə, həzrət Adəmin mürtəkib olduğu xəta və bunun nəticəsində behiştdən qovulması, əvvəla, Adəm övladının Allahdan uzaqlaşmasına səbəb oldu, ikincisi də o günah və xətalar irsi yolla sonrakı nəsillərə ötürüldü və nəticədə bəşər nəslində günahın bünövrəsi qoyuldu; insanlar günah işlər görməyə başladılar.2

İndi bəşəriyyətin günahkarlığına diqqət yetirməklə, Allah öz ədaləti əsasında Adəm övladlarını cəzalandırmalıdır. Amma digər tərəfdən də Allahın rəhmət sifəti tələb edir ki, onların günahları bağışlansın. Bu iki sifətin (ədalət və rəhmətin) cəm olunması yolu bundan ibarətdir ki, yalnız Allahın oğlu bəşər surətində zühur etsin, insan kimi yaşasın və bəşərin zülmü əsasında da dara çəkilsin ki, onların günahlarının kəffarəsi olsun.

Bu barədə Əhdi-cədiddə belə deyilir: «Hər kəs əvvəl olmaq istəsə, gərək hamının qulu olsun. Çünki insanın oğlu (İsa) xidmətçi olmaq üçün gəlməmişdir; gəlmişdir ki, başqalarına xidmət etsin və öz canını çoxlarının yolunda fəda etsin.»3 Yenə də belə deyilir: «Hər kəs ona iman gətirsə, əbədi həyata sahib olar. Çünki aləmlərin Rəbbi o qədər məhəbbət göstərmişdir ki, Özünün yeganə oğlunu vermişdir ki, hər kəs ona iman gətirsə həlak olmasın və əbədi həyata sahib olsun. Çünki, Allah Öz oğlunu aləmə məhkum edilmək üçün göndərmədi; göndərdi ki, onlara nicat versin.»1 Başqa bir yerdə isə belə deyilir: «Amma Allah bizə olan məhəbbətini tam mə’nada sübut etmişdir, çünki biz hələ günahkar olduğumuz vaxtda Məsih bizim xatirimizə öldü. Onun qanının tökülməsinə görə biz tam mə’nada yaxşı adamlar sayılacağıq və buna görə də onun vasitəsi ilə Allahın qəzəbindən uzaq olacağıq. Biz Allahla düşmən olduğumuz vaxt O, Öz oğlunun ölümü ilə bizim düşmənçiliyimizi dostluğa çevirdi.»2


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin