«...Bundan əvvəl insanları doğru yola yönəltmək üçün Tövratı və İncili də (səmadan) O endirdi. (Haqqı nahaqdan ayırd edən) Furqanı (Qur’anı) da O nazil etdi.»1
Qur’ani-Kərim İsanın sözlərini belə bəyan edir:
«Mən həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi».2
Aydındır ki, vəhy vasitəsilə həzrət İsaya nazil olan İncil dördlük təşkil edən İncillə eyni deyildir. Qeyd olunduğu kimi, məsihilərin öz e’tiraflarına əsasən, bu kitab İsa tərəfindən yazılmamışdır və onu başqaları yazıb tənzim etmişdir.
* * *
Qeyd olunduğu kimi, Əhdi-cədid 27 kitab və risaləyə şamildir. Tarixi mə’lumatlardan aydın olur ki, ilk əsrlərdə məsihilər arasında geniş yayılmış müqəddəs kitab və risalələr indikindən qat-qat artıq idi. Hətta onun sayını 160 nüsxəyə çatdırırlar. Amma Roma imperatorluğunun məsihiliyi qəbul etdiyi dördüncü miladi əsrində 27 kitab və risalə onların müqəddəs kitabı adı ilə tanındı və digərləri qeyri-mö’təbər hesab olundu. Ondan sonra məsihilər arasında müqəddəs kitab yalnız 27 ədəddir. Katolik məsihilərin yığıncağı 1046-cı miladi ilində bu kitabın asimani kitab olması barədə düşünülən hər növ şəkk-şübhəni qadağan etmiş və müxaliflərin e’tirazlarına da məhəl qoymamışdır. Bu kitabın 27 bölməsi aşağıdakılardan ibarətdir:
Dostları ilə paylaş: |