6. Pulsun romalılara məktubu:
Roma camaatına yazılan və 16 fəsildə tənzim olunan bu məktub insanın necə xilaskarlığa, qurtuluşa çatması barədə olan bəhsləri əhatə edir.
7. Pulsun Qorintiyana olan ilk məktubu:
Bu məktub 16 fəsildə tənzim olunaraq Qorintes şəhərinin kilsələrinə xitab edilir.
8. Pulsun Qorintiyana ikinci məktubu:
Puls 13 fəsildə tənzim olunun bu məktubda onun risaləti barədə şəkk-şübhə yaradanlar qarşısında özünü müdafiə edir.
9. Pulsun Ğəlatilərə məktubu.
Bu məktubu Puls 6 fəsildə tənzim edib Ğəlati bölgəsindən olan kilsəyə göndərmiş və onda imanı ədalətin şərti bilmişdir.
10. Pulsun Əfisusyana olan məktubu:
Puls bu məktubu 6 fəsildə Əfisus şəhərinin kilsəsinə xitabən yazmış və orada camaatın əxlaqi vəzifələrini xatırlatmışdır.
11. Pulsun Filiplərə məktubu:
Bu məktub 4 fəsildə tənzim olunmuş və Filipp şəhərinin kilsələrinə göndərilmişdir. Puls bu məktubda o şəhərin məsihi əhalisi üçün dua etmiş və onların hədiyyələri qarşısında təşəkkür etməklə onların qurtuluşunu, nicatını müjdə vermişdir.
Dostları ilə paylaş: |