SUALLAR
1. Qədim və yeni əhd-peyman arasında olan fərq nədir?
2. Dördlük təşkil edən İncillərin bir-birilə nə kimi fərqləri vardır?
3. Hansı kitabda İsa Allahın oğlu kimi təqdim edilmişdir?
RAHİBLİK (TƏRKİ DÜNYALIQ) MÜQƏDDİMƏ
Məsihilik nöqteyi-nəzərində rahiblik tərki-dünyalıq, ibadət və dini işlərlə məşğul olmaq məqsədi ilə gündəlik və adi işlərdən əl çəkməkdən ibarətdir. Məsihi rahibliyinin mənşəyini həzrət İsanın tamamilə ruhani həyat seçərək, cəmiyyətdən və maddi həyatdan ayrı bir həyata meyl göstərməsində axtarmaq lazımdır. Həzrət Məsihin ömrünün axırına qədər subay yaşaması, onun da ardınca rəsul Pulsun subay həyat tərzi keçirməsi, subaylıq həyatının rəvac verilməsi,1 digər tərəfdən isə həzrət Məsihdən «Mənim şagirdlərim ata-anadan, bacı-qardaşdan, arvad-uşaqdan, hətta öz canlarından belə əl çəkməlidir.»2 sözlərinin nəql olunması və nəhayət ilahi padşahlığın, yaxud asimani məlakutun təşkil olunması yolunda olan şövq və rəğbət məsihi tə’limləri arasında belə bir əndişənin yaranmasına səbəb olmuşdur; bu məqsədlə həzrət İsanın ardıcıllarının bir çoxu maddi həyatdan üz çevirir, bütün dünyəvi asılılıqlardan və məhəbbətlərdən üz döndərməklə rahiblik həyat şəraitini seçir, ibadət, zikr, təfəkkür və bu kimi digər işlər görməklə müqəddəsliyin, təqvanın yüksək dərəcələrinə nail olmaq üçün, eləcə də asimani mələkuta xidmət etmək üçün ləyaqət tapmağa çalışırlar.
Dostları ilə paylaş: |