İbtidai insanlar cismani ölümdən sonra ruhun yeni həyat qazandığına inanırdılar. Onların e`tiqadına görə ruhlar insanın ölümündən sonra da onların arasında yaşayır, insan və digər varlıqların bədəninə keçir. Bu cür ruhun digər predmetlərə keçidinə, tənasüxə e`tiqadın məntiqi əsaslı olmadığı sübuta yetirilsə də, hər halda belə inanclar ibtidai insanların ölümündən sonra varlıqların məhv olmasını qəbul edənləri və insan həyatının fövqündə başqa bir həyatın olmasına inandıqları reallıqdan xəbər verir.