SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə70/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   66   67   68   69   70   71   72   73   ...   260
Həkim cavab verir: - Bəli.

Şah deyir: - Misal göstər.

Həkim deyir: - Kimsə şamı başqa bir şamın işığında yandırdıqda, birinci şamın işığı ikinci şamın cisminə keçirmi?

Şah deyir: - Xeyir.

Həkim deyir: - Həyatın yeniləşməsi də buna bənzəyir.

Həkim başqa bir misal göstərib deyir: -Müəllim öz şagirdinə bir şey öyrətdikdə, elm və kəlam onun cismindən şagirdin cisminə varid olurmu?

Şah deyir: - Xeyir.

Sonra həkim izah edərək deyir: - Yenidən doğulma da eynilə müəllimin dilindən şagirdin yaddaşına keçən zehni bir anlayış kimidir; bu halda müəllimin ruhu və cisminin maddəsi şagirdə nəql olunmur.

Eyni zamanda Budda inanırdı ki, insanın ruhu və nəfsi maddi asılılıqlardan qurtarıb fəna mərhələsinə və nirvanaya çatdıqda, ruh və cismindən heç bir şey qalmır ki, ölümdən sonra insanın cismindən başqasının cisminə keçə bilsin.

“Nirvana” sanskrit dilində şamın və çırağın sönməsi kimi “sönmüş” mə’nasında işlənən sözdür. Buddizm inanclarına görə insan öz nəfsani istəklərini, dünyəvi asılılıqlarını söndürməklə dünyanın əzab-əziyyətindən və yeni doğulmalardan yaxa qurtarıb fəna mərhələsinə nail olur. Bu mərhələ buddizmdə son səadət və qurtuluş kimi təqdim olunmuşdur.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin