SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə77/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   73   74   75   76   77   78   79   80   ...   260

SUAL VƏ TAPŞIRIQLAR


1. Mahayana və hiniyana firqələri arasındakı fərqi göstərin.

2. Mahayananın özü hansı firqələrə bölünür?

3. Vacriyana hansı firqəyə deyilir və necə yaranmışdır?
Hiniyana və mahayana firqələrinin ümdə ideoloji əsaslarını izah edin.

ON SƏKKİZİNCİ DƏRS


HİNDUİZM (1)




MƏQSƏDLƏR VƏ YOLLAR


Keçən dərslərdə qədim hinduizmin (brahmanizm) ictimai, konseptual, ideoloji əsasları ilə tanış olarkən bu ayinin əsas ideoloji prinsiplərinin caynizm və buddizm tərəfindən kəskin tənqid olunduğunu, onun əleyhinə çıxıldığını və brahmanizm ardıcıllarından çoxunun caynizm və buddizmə meyl etdiklərini öyrəndik. Brahmanizmin digər iki dindən fərqli olaraq, heç vaxt vahid tə’sisçinin qayda-qanunları çərçivəsində, konkret bir istiqamətdə və məhdud, inzibati metodları olmamışdır. Bu ayin heç vaxt yeni yaranmış digər firqələrlə münaqişə və ixtilaf yolunu tutmamış, əksinə - həmişə güzəşt və kompromisi seçmişdir. Eləcə də, caynizm və buddizm ardıcıllarını kafir hesab etməmiş, əksinə bə’zən bu iki ayinin ideoloji əsaslarını qəbul və təqdir etmişdir. Bu baxımdan caynizmin əsas ideoloji əsaslarından olan və hindusların bu gün də hörmətlə yanaşdığı canlılara əzab-əziyyət verilməməsi prinsipini qeyd etmək olar. Belə ki, ət yeməyi özlərinə haram etmiş və vegetarian həyatı seçmişlər. Bundan başqa, buddizm məktəbində nirvanaya çatmaq üçün nəzərdə tutulmuş nəfsani istəkləri tərk etmək kimi digər bir prinsipi də qəbul etmiş və onu öz üslublarına çevirmişlər.

Brahmanizm öz inkişaf yolunda enişli-yoxuşlu yolları qət etdikdən, müxalif, əks ideoloji cərəyanlar və rə’ylərlə qarşılaşdıqdan sonra bu çətinliklərə və uyğunsuzluqlara cavab tapmaq üçün öz ideoloji əsaslarını genişləndirməyə məcbur oldu. Onlar bununla cəmiyyətin müxtəlif təbəqələrinin istəklərinə cavab vermək və ayrı-ayrı düşüncə, maraq və mənafe sahiblərində bu ayinə meyl yaratmaq istəyirdilər. Bu kimi güzəştlərin miqyası elə bir həddə olub ki, Hindistanın müstəqilliyinin banisi Qandi demişdir: - Ola bilər ki, kiminsə Allaha imanı olmasın, amma o, yenə də hinduizmdə dindar sayılacaqdır. Bu şərtlə ki, daim həqiqət axtarışında olsun. Çünki, Allah məhz həmin həqiqətin özüdür.”

Buna görə də, həm Allaha inanıb iman gətirənlər, həm də onu inkar edənlər - aydındır ki, bu iki dəstə bir-birinə zidd olan iki qrupdur - bu ayinə əsasən hindus ola bilərlər.

Bu kompromis əsasında, həyat üçün yalnız bir ali məqsədi qəbul edən və o məqsədə çatmağın da yalnız bir yolunu göstərən brahmanizm ayini öz dəyişikliklər dövründə insan həyatı üçün dörd icazə verilən məqsəd irəli sürmüşdür. Bu məqsədlərin hamısi icazəli və qəbul edilən olmaqla hər birinin xüsusi qayda-qanunları vardır. Zövq və meylindən asılı olmayaraq hər bir e`tiqadlı şəxs bu dörd məqsəddən birini seçə, öz həyatını onun qanunları əsasında qura bilər. Təbiidir ki, belə bir şəxs bu ayinin ardıcılı hesab olunur. Məqsədlərdən hər birinə çatmaq üçün bir-birindən fərqlənən üç konkret yol da nəzərdə tutulmuşdur. Bu izahla aydın olur ki, brahmanizm ayininə inananlar üçün həyatda həqiqətə qovuşmaq naminə altı məqsəd müəyyənləşdirilmişdir. Eləcə də öncə sitayiş üçün təqdim olunan çoxsaylı mə`budlardan yeni dəyişikliklərdə yalnız üçü rəsmən tanınaraq pərəstişə layiq görüldü, qalanlarına isə az diqqət yetirildi.

Bəhsdən çıxan nəticə bundan ibarətdir ki, bu gün geniş Hindistan torpaqlarında şahidi olduğumuz və çoxsaylı ardıcılları olan hinduizm, yuxarıda qeyd edildiyi kimi, brahmanizmdə baş vermiş proses və dəyişikliklərin məhsuludur. Çünki qədim hinduizmin əsas xüsusiyyəti brahmanların (hindus ruhanilərinin) qeyd-şərtsiz hakimiyyətindən ibarətdir. Adətən bu dövrü brahmanizm, yeni dövrü isə hinduizm adlandırırlar.

Burada, hinduizmdə həyatın dörd icazə verilən məqsədini və üç nicat yolunu araşdıracağıq. Bu ayinin digər ictimai və ideoloji əsaslarında baş verən dəyişiklikləri isə gələn dörd dərsdə təhlil edəcəyik.



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin